Tramp Putinə “diktator” deməkdən imtina etdi Zelenskini belə adlandırmışdı
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini “diktator” adlandırmaqdan imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu, Trampın Ağ Evdə çıxışı zamanı baş verib.
Belə ki, müxbirlərdən biri Trampın bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenskini adlandırdığı kimi Putini də “diktator” adlandıra bilib-bilməyəcəyini soruşub.
“Mən bu sözü düşünmədən işlətmirəm. Düşünürəm ki, hər şeyin necə olacağını görəcəyik. Gəlin görək nə baş verir. Fikrimcə, bizim müxtəlif ölkələr arasında həqiqətən yaxşı nizamlanma şansımız var”, - Tramp cavabında bildirib.
Xatırladaq ki, fevralın 19-da Tramp Zelenskini Ukraynada prezident seçkiləri keçirmədiyi üçün “seçkisiz diktator” adlandırıb. Zelenski cavab olaraq Trampın sözlərindən incimədiyini bildirib.
Baxış sayı:117
Bu xəbər 25 Fevral 2025 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















