Icma.az
close
up
RU
Tramp Putinə meydan oxuyur: ABŞ ın sərt xətti Rusiyanı danışıqlara məcbur edə biləcək? ŞƏRH

Tramp Putinə meydan oxuyur: ABŞ ın sərt xətti Rusiyanı danışıqlara məcbur edə biləcək? ŞƏRH

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Donald Trampın son açıqlamaları və atdığı addımlar Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərin pozulmağa doğru getdiyini göstərir. Trampın təşəbbüsü ilə Ukraynaya yeni “Patriot” hava hücumundan müdafiə sistemlərinin göndərilməsi və Rusiya ilə 50 gün ərzində razılaşma əldə olunmadığı təqdirdə sanksiyaların sərtləşdiriləcəyi barədə verdiyi bəyanat beynəlxalq arenada rezonans doğurub.

Trampın əvvəlki dönəmlərdə daha yumşaq ritorika ilə çıxış etdiyi Rusiya və onun liderinə qarşı bu dəfə daha sərt mövqe nümayiş etdirməsi, ABŞ-ın Ukrayna siyasətində yeni mərhələnin başlandığını göstərir. Mövcud proseslər göstərir ki, Tramp bu dəfə Putinə güzəştə getmək niyyətində deyil və onu diplomatik təzyiqlərlə danışıqlar masasına gətirməyə çalışır.

Donald Tramp artıq açıq şəkildə Putinə meydan oxuyur? Ukraynaya görə iki nəhəng dövlət arasında hər hansısa qarşıdurma yaşana bilərmi? Turkustan.az olaraq bu suallarımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə

Rusiya Prezidenti ilə Donald Tramp arasındakı münasibətlər getdikcə fiaskoya uğrayır. Çünki Vladimir Putin konkret olaraq heç bir güzəştdə maraqlı deyil və müharibənin davam etməsində maraqlıdır. Onun irəli sürdüyü şərtlər ondan ibarətdir ki, Ukrayna Rusiyaya güzəştə getsin, Rusiya isə fövqəldövlət statusunu bərpa etsin.

Ötən gün Rusiya Prezidenti də qeyd etdi ki, SSRİ dağıldıqdan sonra Rusiya bir müddət kölgədə qaldı və inkişaf yolunu seçdi. İndi isə məqsədi — ədaləti bərpa etməkdir. Bu da o deməkdir ki, ABŞ və Rusiya arasında hər hansı diplomatik danışıqların aparılması mümkün deyil və aparılsa belə, nəticəsiz olacaq.

Proses artıq aydınlaşıb: Tramp sülhə maraqlıdır, vasitəçilik etməyə çalışdı, lakin görünən odur ki, Putin heç bir güzəştə getmək istəmir. Fikrimcə, Tramp ilin sonuna qədər Ukraynaya silah yardımını artıracaq və bu yolla Rusiyanı danışıqlar masasına oturmağa məcbur edəcək.

Əgər Rusiya yenidən fövqəldövlətə çevrilərsə, öz nüfuz dairəsini genişləndirəcək. Bu isə ABŞ-ın maraqlarına ziddir. Əgər Trampın bu istiqamətdə verdiyi qərarlar Konqresdə dəstəklənsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq.

Hazırkı proseslər onu göstərir ki, Donald Tramp Putinə meydan oxuyur. Əgər o, Putinə güzəştə getsə, bu, Kremlin xeyrinə işləyəcək və Putin əlavə ərazilər ələ keçirməyə çalışacaq.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 İyul 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri