Icma.az
close
up
RU
Tramp Putinə niyə qəzəblənib və ABŞ yeni sanksiyalara əl atacaqmı ?

Tramp Putinə niyə qəzəblənib və ABŞ yeni sanksiyalara əl atacaqmı ?

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

İngiltərə və ABŞ -n birgə sanksiya müzakirəsi nədən xəbər verir?

Tramp Putinlə qarşı əsəbi olduğunu deyib və hər kəsi təəccübləndirib. Çünki bu onun Putinlə bağlı səsləndirdiyi ilk belə açıq sərt fikirdir. Onun hirslənməsinə səbəb Putinin Zelenskinin liderliyini mübahisələndirərək, Ukraynada BMT nəzarəti altında yeni seçkilərin keçirilməli olduğu barədə “təkliflər” səsləndirməsi olub. Bununla Putin dolayı şəkildə Zelenski ilə hər hansı danışıqlara, razılaşmaya getmək niyyətində olmadığını, onun yerinə başqa birini görmək istədiyini ifadə edib.

Aydındır ki, Trampın Putinə qarşı acıqlı olmasının səbəbi heç də onun Zelenskiyə qarşı tərəfkeşlik, simpatiyası duyması ilə bağlı deyil. O, yaxşı başa düşür ki, Putin bu cür bəyanatlar verməklə, danışıqlar prosesini pozan təkliflər ortaya atmaqla, əslində onun müharibəni dayandırmaqla bağlı atəşkəs təşəbbüsünü pozmaq istəyir. Ona görə də,o, Putinin sözlərinin əsil hədəfinin Zelenskidən daha çox özünün olduğunu nəzərə alır.

Çünki müzakirə tərəfi olan Ukraynanın qarşısında “BMT nəzarəti altında yeni prezident seçdikdən sonra danışa bilərəm” şərti qoymaq, ABŞ-n dialoq səylərinin və Birləşmiş Ərəb Əmirliklərində aparılan danışıqların üstündən xətt cəkmək deməkdir. Onsuz da bu danışıqların nəticəsi olaraq havada, dənizdə atəşin dayandırılacağı, qarşılıqlı olaraq enerji infrastrukturlarına zərbələr vurulmayacaği barədə razılaşma əldə olunduğu deyilsə də, döyüş sahəsində vəziyyət dəyişmədi. Elə həmin günün səhəri ruslar Ukraynaya qarşı hücumların intensivliyini daha da artırmış oldular. Bunla da Trampın sözlərinin Putin üçün nə qədər önəmli olduğu və Rusiya liderinə nə qədər güvənilə biləcəyi göründü.

Və beləliklə də, Tramp bu müharibənin dərin geosiyasi səbəblərini bir kənara qoyub, Putinlə şəxsi münasibətlər zəminində atəşkəsə nail ola bilməyəcəyini artıq görməkdədir. Onun qəzebinin bir səbəbi də budur. Bu özlüyündə müsbət haldır. Və bu prosesin gedişində tərəfsiz davranıb, danışıqların əvvəlindən Ukrayna ilə bağlı ediləcək güzəştləri öncədən açıqlamaq, Zelenskinin üstünə getmək, nəinki Rusiyanın konstruktiv mövqe tutmasına yol açmadı, əksinə Putinin iddalarını daha da artıraraq, onun qeyri mümkün tələblər səsləndirməsinə səbəb oldu. Ona görə də Tramp onu atəşkəsin mümkünlüyünə inandıraraq Zelenski ilə toqquşmaya təşviq edən Putinə mesaj verir ki, belə davam edərsə, bundan sonra novbə ona catacaq və onunla onun anlayacağı dillə danışmalı olacaq .

Görünür Tramp Putinin yalnız məcbur ediləcəyi təqdirdə atəşkəsə razı olacağı qənaətinə gəldiyi üçün, Rusiya neftinin satışına əlavə rüsum tətbiq edə biləcəyini və bu sahədə sanksiyaları pozanlara da əlavə sanksiya tətbiq ediləcəyi barədə xəbərdarlıq edib. Bu baş verərsə, Rusiya iqtisadiyyatı üçün əlavə ağır nəticələrə səbəb ola bilər. Əgər onun bu xəbərdarlığı gələn həftə Putinlə olan telefon danışığında bir işə yaramasa, o zaman ABŞ-n Rusiya qarşı indiki mövqeyinin daha da sərtləşəcəyini, sözü gedən sanksiyaların tətbiqini gözləmək olar. Bu isə Ukrayna baxımından olduqca önəmlidir.

Trampın bu ərəfədə İngiltərənin baş naziri Kir Starmerlə Rusiyaya qarşı yeni sanksiyalar məsələsini və Britaniyanın təşəbbüsü ilə Ukraynaya yardım istəyi ilə bir araya gələn ölkələrin fəaliyyətini müzakirə etməsi, onu göstərir ki, ABŞ indiki şəraitdə Rusiyaya təzyiq siyasətinin sülhə aparan daha məqbul yol olduğunu nəzərə almağa başlayır. Və indi Putinin müharibədə atəşkəs təşəbbüsünü pozması, təkcə onun Ukraynaya münasibətini deyil, həm də Trampın bu istiqamətdə göstərdiyi fəaliyyətlərin üstündən xətt çəkməsi anlamına gəldiyinə görə, bundan sonra ABŞ Rusiya münasibətlərində gərginliyin artacağını da gözləmək olar.

Fuad

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Aprel 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri