TRAMP PUTİNƏ VAXT VERDİ: Açığı, o, müharibəni davam etdirmək istəyir, çox təəssüf...
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp Şotlandiyadan ABŞ-a qayıdan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ii gün əvvəl Rusiyaya Ukrayna ilə savaşı bitirmək üçün "Moskvaya 10-12 gün vaxt verirəm" açıqlaması haqda suala cavabda müddəti konkretləşdirib: "Bu gündən etibarən Rusiyaya 10 gün vaxt verirəm. Sonra tariflər və buna bənzər şeylər tətbiq edəcəyik. Bunun Rusiyaya təsir edib-etməyəcəyini, açığı, bilmirəm. Lakin fakt odur ki, Putin müharibəni davam etdirmək istəyir. Biz isə əlavə tariflər tətbiq edəcəyik. Əlbəttə, mən Uktayna ilə Rusiya arasında sülh razılaşmasının mümkün qədər tez əldə olunmasını istəyirəm. Ancaq Rusiya bunun üçün heç bir səy göstərmir. Dünənki mesajlarıma Putindən heç bir cavab almadım. Çox təəssüf. Çox pis olacaq"
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 30 İyul 2025 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















