“Tramp Putini terrora təşviq edir” “Moskva bu cinayətləri Baydenin dövründə edə bilməzdi”
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Tanınmış rusiyalı politoloq və publisist, London Universitet Kollecinin professoru Vladimir Pastuxov Tramp-Putin münasibətləri barədə maraqlı paylaşım edib.
“AzPolitika” xəbər verir ki, Pastuxovun fikrincə, Kreml Co Baydenin prezidentliyi dövründə ABŞ-dən daha çox çəkinirdi, nəinki Trampın prezidentliyində.
O hesab edir ki, Tramp özünü nə qədər cəsarətli göstərməyə çalışsa da, əksinə, öz siyasəti və Rusiyaya münasibətilə Vladimir Putinin Ukraynaya qarşı işğalçılıq müharibəsində əl-qolunu daha çox açıb və hazırda Ukraynada dinc əhaliyə qarşı terrora əsas yaradıb.
Tanınmış politoloqun həmin fikirlərini qısa ixtisarla təqdim edirik: “
"Faktlar inadkar şeylərdir və bu faktlar bizə deyir ki, "zəif" Baydenin dövründə Moskva "güclü" Trampın dövründə etdiyi və cəzasız qaldığı əməllərə yaxın düşə də bilməzdi. Putinin blitskriqinin uğursuz olduğu aydın olan kimi, Ukraynanın enerji sisteminin və dəmir yolu logistikasının taleyi təcili gündəliyə gəldi. Payızın sonlarında bu məsələni, mənim fikrimcə, Ukrayna rəhbərliyinin ən uzaqgörən nümayəndələrindən biri ilə müzakirə etdiyimi xatırlayıram. O vaxt sual var idi ki, niyə Putin körpülərə və dəmir yollarına hücum etmir? Qeyd edim ki, həmin vaxtlar çoxsaylı "Strelkovlar" və "Duqinlər" eyni sualı açıq şəkildə verirdilər. İndi bu suala cavabımız var: Putin Trampı gözləyirdi.
Tramp olmadan Putinin Ukraynanın "enerji soyqırımı"ndan və milyonluq əhalisi olan şəhərlərin ballistik raketlərlə kütləvi şəkildə atəşə tutulmasından asanlıqla yaxa qurtara biləcəyinə heç bir inamı yox idi. İndi isə o, bu inamı qazanıb. Nə qədər xoş niyyətli olsa da, Tramp öz hərəkətləri ilə Putini ardıcıl olaraq terror törətməyə təşviq edir. O, Putini inandırdı ki, Amerikadan buna görə heç bir cavab gəlməyəcək. Tramp Avropaya qarşı "ikinci cəbhə" açdıqdan sonra isə Avropadan da cavab gəlməyəcəyi aydın oldu…
Ankoricdə Tramp faktiki olaraq Zelenskini Putinlə qaranlıq bir dalanda tək qoydu və Putin Sankt-Peterburq tinlərindəki kimi davrandı. Dörd il cəbhə xəttində qəti üstünlük əldə edə bilməyən Moskva nəhayət Kiyevin aşkar, lakin müvəqqəti olaraq əlçatmaz qalan zəifliyinə - mülki infrastrukturuna yol tapdı və onu metodik şəkildə məhv etməyə başladı.
Bütün bu hekayədə Kreml üçün yalnız bir mənfi cəhət var: Tramp əbədi deyil və hazırkı müharibə, nə qədər faciəli olsa da, tarixin sonu deyil. Ukraynanın mülki əhalisinə qarşı terrordan Avropanın tarixi yaddaşında qalan yara heç vaxt yuyulmayacaq. Gec-tez onlar bunun bədəlini ödəməli olacaqlar - ya özləri, ya da uşaqları. Və bəlkə də - belə də olur - uşaqların özləri atalarından soruşacaqlar: "O vaxtlar sizə nə olmuşdu?"
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 04 Fevral 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















