Icma.az
close
up
RU
TRAMP PUTİNİ XİLAS ETMƏYƏ ÇALIŞIR Ağ Ev sanksiyaları “dişsizləşdirmək” istəyir

TRAMP PUTİNİ XİLAS ETMƏYƏ ÇALIŞIR Ağ Ev sanksiyaları “dişsizləşdirmək” istəyir

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin nüfuzlu “The Wall Street Journal” nəşrinin məlumatına görə, Prezident Donald Trampın administrasiyası senator, respublikaçı Lindsi Qrehemi Rusiya əleyhinə sanksiyalar haqqında qanun layihəsini yumşaltmağa məcbur etməyə çalışır.

Mənbələrin bildirdiyinə görə, son həftələrdə Ağ Ev və Trampın yaxın ətrafındakı digər rəsmi şəxslər senator Qrehemin ofisi ilə əlaqə saxlayaraq, qanun layihəsində bir sıra dəyişikliklərin edilməsini tələb ediblər. Söhbət sənəddəki bəzi maddələrin dəyişdirilməsindən gedir. Belə ki, Ağ Ev layihəyə prezidentə daha geniş səlahiyyətlər verəcək istisnaların daxil edilməsini istəyir. Tramp tərəfdarları qanun layihəsində “mütləq yerinə yetirilməlidir” anlamı daşıyan “dövlət bu addımı atmalıdır” ifadəsinin “atmağa haqlıdır” kimi yumşaq variantla əvəz edilməsini təklif ediblər. Bu dəyişiklik sənədin məcburiyyət xarakterini ortadan qaldıracaq.

WSJ qeyd edir ki, administrasiyaların yüksək səlahiyyət tələb etməsi yeni hal deyil. Lakin bu hal Trampın Rusiya ilə münasibətlərdə güzəştə meylli mövqeyini bir daha təsdiqləyir. Qanun layihəsinin müəlliflərindən biri – demokrat senator Riçard Blumental WSJ-yə Ağ Evlə bu barədə qapalı danışıqların aparıldığını təsdiqləyib. Lakin danışıqların detalları barədə açıqlama verməkdən imtina edib. Sənəd artıq 82 senatorun dəstəyini qazanıb və əsas hədəfi Rusiyanın yüksəkçinli məmurlarına və strateji iqtisadi sahələrinə qarşı sanksiyaların tətbiqidir. Bundan əlavə, layihə Rusiyadan neft, qaz və uran idxal edən ölkələrə qarşı 500%-lik gömrük rüsumları tətbiq edilməsini də nəzərdə tutur.

Ekspertlər hesab edirlər ki, Trampın bu qanun layihəsini zəiflətmək istəyi, onun Rusiya ilə münasibətləri “normallaşdırmaq” planları ilə bağlıdır. Lakin bu yanaşma həm ABŞ Konqresində, həm də Avropa İttifaqında ciddi narahatlıq doğurur. Donald Trampın Rusiya ilə münasibətləri yumşaltmaq cəhdləri artıq Ağ Ev daxilində də fikir ayrılığı yaradıb. Respublikaçılar partiyasında Trampın bu siyasətinə qarşı çıxan səslər artmaqdadır – xüsusilə də Rusiya təhdidini real qəbul edən senatorlar arasında.

Tramp komandasının senator Lindsi Qrehemə təzyiq göstərərək sanksiyaların yumşaldılmasını istəməsi təkcə qanunvericilik texnikası ilə bağlı məsələ deyil. Bu, əslində, ABŞ-nin Rusiya və Ukrayna ilə bağlı gələcək xarici siyasət vektorlarının dəyişə biləcəyinə dair mühüm siqnaldır. Trampın sanksiyalara qarşı belə ehtiyatlı yanaşması onun Rusiya ilə münasibətləri "barışıq yolu" ilə tənzimləmək planlarından irəli gəlir. Beləliklə, ABŞ-nin Ukraynaya dəstəyi tədricən zəifləyə bilər.

Tramp və tərəfdarlarının Ukraynaya yardım məsələsində getdikcə daha soyuq davranması, ABŞ siyasi elitasında Ukrayna ilə bağlı "yorğunluğun" dərinləşdiyini göstərir. Bu vəziyyət Rusiyanın strateji dözümlülük taktikasına uyğundur: Moskva uzunmüddətli müharibə ilə Qərbi yoraraq, Ukraynanı güzəştə məcbur etmək istəyir.

Əgər Trampın bu istiqamətdəki yanaşması qanunvericilik səviyyəsində təsdiqlənsə, ABŞ-nin Ukraynaya hərbi, maliyyə və diplomatik dəstəyi azala bilər. Bu isə müharibənin gedişatına və regional balanslara təsir edə bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 İyun 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri