Icma.az
close
up
RU
TRAMP PUTİNİ, YOXSA PUTİN TRAMPI BARMAĞINA DOLAYIR? Rusiya Qarabağda qurduğu tələyə Donbasda düşüb

TRAMP PUTİNİ, YOXSA PUTİN TRAMPI BARMAĞINA DOLAYIR? Rusiya Qarabağda qurduğu tələyə Donbasda düşüb

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Tramp söz oynadır, pul qazanır, Putin isə masaya milyonlarla əsgərinin canını, ölkəsinin iqtisadi potensialını və təbii sərvətlərini qoyur

 Namiq Bilal

Donald Trampın daban-dabana zidd olan ziq-zaqlı gedişləri davam edir. Trampın qurduğu bu diplomatik xaosun içində çətinliklə sezilən önəmli istiqamətlər var. Rusiya–Ukrayna müharibəsindəki bu cür ziddiyyətli addımları qısaca yada salaq.

Birinci addım. Tramp Ukraynaya bütün yardımın dayandırıldığını elan edib, Zelenskini Ağ Evdən qovub, Alyaskada Putinlə görüşüb, enerji sahəsində xeyli razılaşma imzalayıb.

İkinci addım. ABŞ Prezidenti Zelenskini Ağ Evdə hörmətlə qarşılayıb, “Ukrayna bütün torpaqlarını azad edəcək”, – deyib, Putini “kağız pələng” adlandırıb, Kiyevə “Tomoqavk” raketləri göndərməyə söz verib.

Üçüncü addım. Tramp “Biz Ukraynaya yardım etmirik, NATO-ya və Avropaya silah satırıq” – deyib və bunun Amerika üçün sadəcə pul qazanmaq yolu olduğunu açıqlayıb.

Dördüncü addım. Prezident Tramp Vladimir Putinlə telefonla danışıb, Vaşinqtona “Tomoqavk” almaq üçün gələn Zelenskini yenə “gözümçıxdıya” salıb, “Donbası Putinə ver, yoxsa bütün Ukraynanı yerlə yeksan edəcək” – deyib və onu əliboş yola salıb.

Trampın könlünü almaq üçün Zelenski müharibə başlandığı gündən bəri ilk dəfə kostyum geyinib, amma kostyum da işə yaramayıb.


Daha neçə “qeyri-ciddi” addım olacaq, Allah bilir. Amma ustalıqla oynanılan bu qeyri-ciddilik rolunun arxasında kifayət qədər ciddi nəticələr yatır. Tramp Zelenskini sözdə “döyür”, amma Ukraynaya gedən silah axını heç dayanmır. Böyük ehtimalla, enində-sonunda “Tomoqavk”lar da veriləcək.

Ukraynaya silah axır, amma bu, pulsuz yardım və ya Baydenin söz verdiyi ödəməsiz “Lend-liz” proqramı deyil. Tramp böyük miqdarda silah satır, Amerikanın silah sənayesini gücləndirir, ölkəsinə pul qazandırır. Digər tərəfdən, ABŞ Prezidenti Zelenskini tez-tez Oval ofisdən qovmaqla Putini yaxınında tutur, Rusiya tərəfinin gizli qapılar arxasında verdiyi iqtisadi güzəştləri dəyərləndirir.

Qərb mətbuatında yer alan məlumatlara görə, bu gün masa üzərində “Yamal” və “Saxalin” enerji daşıyıcıları, üstəlik Çukotka yarımadası ilə Alyaskanı birləşdirən iqtisadi tunel tikintisi layihəsi var. Xatırladaq ki, Alyaskadakı Tramp–Putin görüşündən sonra bir sıra Amerika kompaniyaları, o cümlədən “ExxonMobil” neft şirkəti Rusiyadakı fəaliyyətlərini bərpa edib.

Yuxarıda deyilənlərdən belə nəticə çıxara bilərik ki, Tramp hoqqabazlıq edir və Putini barmağına dolayır. 


Belə halda sual yaranır: Bunu biz görə biliriksə, yüzillərin imperiyasını yönəltmiş Rusiya dövlət ağlı bu bəsit oyunu hesablaya bilmirmi? Heç şübhəsiz, hesablayır və bu ikibaşlı oyundan Rusiya tərəfi də öz qazanclarını götürür.

Birinci qazanc: Vladimir Putin Qərb blokunun lider dövləti olan ABŞ-nin prezidenti ilə təmas yaradıb və bununla da Qərbin Rusiya və şəxsən Putinə qarşı qurmağa çalışdığı beynəlxalq izolyasiyanı yırtıb.

İkinci qazanc: Putin ABŞ şirkətlərini, xüsusilə də enerji nəhənglərini yenidən Rusiya sahəsinə çəkməklə Qərbin total sanksiyalarını əhəmiyyətli dərəcədə yumşaldır. Üstəlik, “ExxonMobil” kimi dünya nəhəngi Rusiya bazarına qayıdırsa, bu, yenidən texnologiya və sərmayə axını deməkdir.

Üçüncü qazanc: Trampla “siçan-pişik” oynayan Putin bu oyunlarla ABŞ-dən Ukraynaya silah axınını maksimum azaltmağa çalışır və xeyli ölçüdə buna nail olur. Putinin Trampla sonuncu telefon danışığı Ukraynaya “Tomoqavk”ların verilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

Tramp və Putin – hər ikisi oyunçudur və oyun açıq gedir. Lakin Trampın mövqeyi Putinin mövqeyindən qat-qat daha güclüdür. Tramp söz oynadır, pul qazanır, Putin isə masaya milyonlarla əsgərinin canını, ölkəsinin iqtisadi potensialını və təbii sərvətlərini qoyur.


Bütün bu oyunlarda tarixin bir ironiyası da var: vaxtilə Qarabağda qurduğu tələyə Rusiyanın özü indi Donbasda düşüb. Rusiya “Qarabağ kartı”nı oynadaraq Cənubi Qafqazı öz caynağında saxlayırdı. Bu gün Rusiyanın hegemon rolunu ABŞ, Ermənistanın “qarmaqdakı ölkə” rolunu isə Rusiya oynayır.

Birləşmiş Ştatlar Ukraynaya verdiyi silahı artırmaq və ya azaltmaq yolu ilə həm Rusiyanı, həm Ukraynanı, həm də Avropa Birliyini öz qarmağında saxlayır. Ağ Ev həm silah satıb pul qazanır, həm asta-asta Rusiya sərvətlərinə çökür, həm də Avrasiya qitəsindəki hegemoniyasını möhkəmləndirir. Və bütün bunlar Trampın “qeyri-ciddi hoqqaları” hesabına əldə edilir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Oktyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri