Icma.az
close
up
RU
Tramp Putinin nəbzini yoxladı: Rusiya prezidentinin 48 saatı var

Tramp Putinin nəbzini yoxladı: Rusiya prezidentinin 48 saatı var

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Hazırda dünya siyasətinin mərkəzində mayın 15-də İstanbulda gözlənilən Rusiya-Ukrayna danışıqlarının hansı formatda baş tutacağı dayanır. Zelenskinin “İstanbula gəlirəm” bəyanatından sonra ortada bir sual var: Putin İstanbula gələcəkmi?

Putinin İstanbula gəlib-gəlməyəcəyi üzərində proqnozların əksəriyyəti belə bir ehtimalın çox zəif olduğu, 2022-ci ildə iştirak edən nümayəndə heyətinin yenidən göndərəcəyinə üstünlük verəcəyi ilə bağlıdır. Açıqlamalardan məlum olur ki, Avropa İttifaqı və Böyük Britaniyanın sonuncu dəfə Rusiyaya yeni sanksiyalar tətbiq ediləcəyi barədə bəyanatları da Putinə elə bir ciddi təsir etməyib. Bəs, Putin kiminlə hesablaşa bilər, İstanbula gəlməsi üçün nə baş verməlidir və ya kim ona ciddi təsir edə bilər? ABŞ prezidenti Donald Tramp ola bilərmi? Baxmayaraq ki, ABŞ prezidenti Tramp səlahiyyətlərini icra etdiyi 100 gündən artıq müddətdə Putin onun Ukrayna müharibəsində heç bir təklifini qəbul etməyib, Kreml liderinə təsir edə biləcək şəxs.., yenə də prezident kimi Donald Tramp və dövlət olaraq da ABŞ-dir.

Görünür Tramp da bu fürsəti qaçırmaq istəmir. Ona görə də Reuters-in yaydığ məlumata görə Donald Tramp bəyan edib ki, 15 mayda İstanbula gəlmək imkanları üzərində düşünür. Həmin gün Ukrayna və Rusiya arasında danışıqlar ola bilər. O, prezidentlər Putin və Zelenskinin də gələcəyinə ümid etdiyini bildirib. Ağ Evdə jurnalistlər qarşısında çıxış edən Donald Tramp: “Mən fikirləşirəm ki, ora uçam. Mən bilmirəm ki, cümə axşamı harada olacam. Mənim o qədər görüşlərim var.., amma ora getməyim barədə düşünürəm. Hesab edirəm ki, belə bir imkan var. Prezident Ərdoğan əla ev sahibi olacaq. Düşünürəm ki, cümə axşamı Türkiyədə Rusiya və Ukrayna arasında keçiriləcək görüş yaxşı nəticəyə gətirib çıxara bilər", deyib.


Əlbəttə, bu qəbul olunmuş qərar deyil, amma mümkündür ki, hədəf olaraq Putinin nəbzini yoxlamaq üçün düşünülmüş bir addım olsun. Trampın bu açıqlamasına Kreml hələlik heç bir reaksiya bildirməyib. İstisna deyil ki, Ağ Ev rəsmiləri gizli olaraq Kremllə mümkün səfər barədə qısa zaman çərçivəsində danışıqlara başlasın. Müsbət meyl olarsa Tramp və Putin arasında telefon danışığı və mühüm məqamların bəri başdan razılaşdırılması da yer ala bilər. Daha irəli gedərək, prezidentlər-Tramp, Putin, Zelenski və Ərdoğanın birgə iştirakı ilə görüş və sülh müqaviləsi ətrafında müzakirələr aparılması kimi nikbin proqnozlar da vermək mümkündür. İstanbulda belə bir çərçivədə görüş və perspektivdə atəşkəsə nail olunması, ardınca sülh danışıqlarına start verilməsi haqqında razılaşma, İkinci Dünya müharibəsindən sonra ən miqyaslı bir müharibənin sona çatdırılması haqqında tarixi bir hadisənin şahidi ola bilərik. Yeri gəlmişkən hörmətli Ərdoğan artıq həm Putin, həm də Zelenski ilə telefon danışıqları aparıb. Keçən həftə də Trampla telefon danışıqları aparan Türkiyə prezidenti konflikti dayandırmaq üçün hansı addımların atılacağı barədə də fikir mübadiləsi edib.


Ukrayna prezidenti Zelenski ABŞ prezidentinin bəyanatı ilə tanış olduğunu və çox ciddi bir hadisə kimi qəbul etdiyini qeyd edib. “Bu doğru ideyadır. Biz çox şeyi dəyişə bilərik. Prezident Ərdoğan həqiqətən də ən yüksək səviyyədə görüş təşkil edə bilər. Kömək edən hər kəsə təşəkkür edirəm", - Vladimir Zelenski bildirib.
Almaniya kanslerinin təbirincə desək, “top Rusiya tərəfdədir”. Putin çətin adamdır, amma Rusiya da, Putin özü də çətin dövrünü yaşayır. Uzanan müharibə Avropa və ABŞ-ni yenidən Rusiyaya qarşı birləşdirib, Ukraynaya daha çox hərbi və maliyyə yardımına təkan verəcək. Fikirləşmək və qərar qəbul etmək üçün 48 saatdan çox vaxt var.

İlham İsmayıl,
Xüsusi olaraq Musavat.com üçün

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 May 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri