“Tramp Putinin qarşısında diz çökən prezidentidir” Kaliforniya qubernatoru
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Kaliforniya ştatının qubernatoru, Demokratlar Partiyasının nümayəndəsi Qevin Nyusom, ABŞ Prezidenti Donald Trampı Rusiyanın “aqressor” adlandırdığı və legitim hesab etmədiyi Prezidenti Vladimir Putinin qarşısında diz çökən siyasətçi olmaqda ittiham edib.
Nyusomun sözlərinə görə, Tramp Nobel mükafatına iddia edən, amma Putinin qarşısında diz çökən siyasətçidir.
Ağ Ev “Newsweek” jurnalına bildirib ki, Nyusom həmişə “zəif” keçmiş Prezident Co Baydeni dəstəkləyib, Bayden isə Rusiya Ukraynaya müdaxilə edərkən ABŞ-ni bütün dünyada gülüş obyektinə çevirib.
Nyusomun bəyanatları Tramp və Putinin Ankoricdə (Alyaska ştatı) Rusiyanın 2022-ci ildə başladığı Ukrayna müharibəsini dayandırmaq məqsədilə keçirəcəyi görüşdən bir gün əvvəl səslənib.
“Newsweek” vurğulayır ki, Trampın Putini ABŞ ərazisində qəbul etmək qərarı simvolikdir, çünki Kreml rəhbəri Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən hərbi cinayətlərdə ittiham olunub və Qərb dünyasında təcrid olunmuş vəziyyətdədir.
“AzPolitika.info”


