Icma.az
close
up
RU
Tramp Putinlə münasibətləri tamamilə korlamaq istəmir? Elxan Şahinoğlu

Tramp Putinlə münasibətləri tamamilə korlamaq istəmir? Elxan Şahinoğlu

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Avropanın Rusiyaya qarşı sanksiyalarını kifayət qədər sərt hesab etmir. Bedminsterdə (Nyu-Cersi) jurnalistlərə açıqlama verən Tramp bildirib ki, Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətlər yetərli deyil:

"Mən sanksiyalar tətbiq etməyə hazıram, lakin onlar da sərtləşdirməlidirlər ki, mənim addımlarıma uyğun olsunlar,” – deyə Tramp vurğulayıb. ABŞ Prezidenti həmçinin avropalılara çağırış edərək qeyd edib ki, bizdən anti-Rusiya hər şeyə gedəcəyimizi və Avropanın Rusiyadan neft almağa davam edəcəyini gözləməməlidirlər. 

Politoloq Elxan Şahinoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti bu məsələdə haqlı olmaqla yanaşı, eyni zamanda bəhanə axtarır:

"Avropa İttifaqı dövlətlərinin Rusiyaya qarşı sanksiyaları kifayət qədər sərt olmaya bilər. Hətta bəzi ölkələr son illərə qədər Rusiyadan neft və qaz alırdılar. Amma Aİ-nin əsas dövlətlərinin əksəriyyəti Rusiyaya qarşı sanksiyalara qoşulublar. Sanksiyalara qoşulmayan Macarıstan, Slovakiya kimi Rusiyadan neft və qaz alan ölkələr ola bilər. Tramp həmin ölkələrə təzyiq edərək Rusiyadan neft və qaz alınmasının qarşısını ala bilər. Donald Trampın Macarıstanın Baş naziri Viktor Orban ilə yaxşı münasibətləri var. Trampın bəhanəsi isə ondan ibarətdir ki, Avropa İttifaqının onun istəklərini yerinə yetirməyəcəyini bildiyi halda belə açıqlamalar verməsidir. Məsələn, Rusiyanın Polşa hava məkanını pozmasına Tramp kifayət qədər sərt reaksiya vermədi. Sözügedən hadisə də Avropa üçün gözlənilməz oldu. Sanki Tramp Putinlə münasibətləri tamamilə korlamaq istəmir. Ona görə də Trampın fikirlərində tez-tez dəyişikliklər olur. Avropa İttifaqı isə Ukraynaya müəyyən qədər dəstək versə də, bu, kifayət deyil. Buna görə də əsas Amerikanın dəstəyi lazımdır. Əgər ABŞ-nin dəstəyi azalarsa, Ukrayna üçün daha çətin vəziyyət yaranacaq.” 

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Sentyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri