Tramp qeyri qanuni miqrantlar üçün “mükəmməl yer” tapdı Görün onları harda saxlayacaq… KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
ABŞ prezidenti Donald Tramp digər ştatları alliqatorların və başqa təhlükəli heyvanların məskunlaşdığı ərazidə qeyri-qanuni miqrantlar üçün saxlanma mərkəzi tikən Florida ştatından nümunə götürməyə çağırıb.
KONKRET.az xəbər verir ki, Tramp deyib:
“Bu, əla yer seçimi idi. Mən daha çox ştatın belə mərkəzlər qurmasını istərdim”.
Mərkəz Everqleydlər Milli Parkındakı keçmiş hərbi aerodromda yerləşir və San-Fransiskodakı məşhur həbsxanaya bənzətməklə artıq qeyri-rəsmi “Alliqator Alkatraz” ləqəbini alıb. Ərazi alliqatorların, timsahların və zəhərli ilanların məskunlaşdığı bataqlıqdır.
Trampın sözlərinə görə, mərkəz bir həftədən az müddətdə tikilib və ənənəvi həbsxanalardan daha ucuz olub.
Bununla belə, layihə bu cür saxlanma şəraitini qeyri-insani və miqrantların hüquqlarını pozan demokratların və hüquq müdafiəçilərinin tənqidinə səbəb olub.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 02 İyul 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















