Icma.az
close
up
RU
Tramp Qəzzanın bərpası üçün Sülh Şurası yaradır: İsrail narahatdır...

Tramp Qəzzanın bərpası üçün Sülh Şurası yaradır: İsrail narahatdır...

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"ABŞ Prezidenti Donald Tramp Qəzzanın yenidən bərpası və idarə olunmasıyla bağlı təsis etdiyi “Sülh Şurası”na müxtəlif dövlətləri dəvət edib. Donald Tramp üzvlüyün havayı olmadığı qərarına gəlib. Dəvət edilən dövlət “Sülh Şurasına” üzv olmaq üçün 1 milyard dollar ianə ödəməlidir. Toplanan maliyyə vəsaitlərinin Qəzzanın yenidən qurulmasına xərclənəcəyi bildirilib. Bununla yanaşı “Sülh Şurası”na üzv olmaq istəyən dövlətlərə maliyyə vəsaitini ödəmək üçün 3 illik möhlət veriləcək.

Tramp artıq dəvətlərini ünvanlara göndərməyə başlayıb. Məlum olub ki, üzvlük haqqının kifayət qədər böyük məbləğ olmasına baxmayaraq, gəlirləri böyük olmayan dövlətlər də “Sülh Şurası”na üzv olmaq istəyirlər. Misal üçün “Sülh Şurası”na üzv olmaq istəyən Macarıstan və Vyetnam Trampın dəvətinə müsbət cavab veriblər. Dəvətə müsbət cavab verən ölkələr arasında Türkiyə, Avstraliya, İordaniya, Yunanıstan, Pakistan Kanada, Misir, Paraqvay, Argentina və Albaniya kimi dövlətlər var. Dəvətə hələ cavab verməyən ölkələr də var. Misal üçün Tramp Hindistanı da “Sülh Şurası”nda üzvlüyə dəvət edib. Dehli dəvətə hələ cavab verməyib. Görünür, bunun səbəbi Vaşinqtonun Hindistan məhsullarına tətbiq etməyi planlaşdırdığı yüksək gömrük rüsumlarıdır. İki ölkə arasında ticarət sazişi imzalanmayıb. Əgər bu məsələ müsbət həll olunsa, Hindistanın da “Sülh Şurası”na üzvlüyü istisna deyil. Tramp bəlli səbəblərdən Rusiya və Çinə dəvət göndərməyib".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu yazıb. 

O qeyd edib ki, ABŞ Prezidenti “Sülh Şurası”nın yaradılmasını və müxtəlif ölkələrin üzvülüyə dəvət etməsini İsrailin baş naziri Benyamin Netanyahu ilə razılaşdırmayıb və bu ikincinin narazılığına səbəb olub: "Misal üçün Benyamin Netanyahu Türkiyənin “Sülh Şurası”na üzv olmasını istəmir. Buna baxmayaraq, Ağ Ev Qəzzanın bərpasında Türkiyənin iştirakının əhəmiyyətini anlayır. Tramp Türkiyəni kənarda saxlasaydı, bu iki ölkə arasında münasibətlərə mənfi təsir edəcəkdi. Türkiyənin “Sülh Şurası”nda yer alması Tel-Əvini Ankara ilə münasibətləri normallaşdırmaq zərurəti yaradır".

Azərbaycanın da “Sülh Şurası"na üzv olması mümkündürmü?

Bu sualı cavablandıran E.Şahinoğlu bildirdi ki, “Sülh Şurası”na üzvlüklə bağlı ABŞ Prezidentinin Bakıya məktub göndərdiyi barədə məlumat yoxdur: "Halbuki, Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevi ötən ilin oktyabrında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət etmişdi. Vaşinqton bundan başqa Azərbaycanın Qəzzada sülhməramlı missiyada iştirakını da istəyirdi. Azərbaycan Prezidenti yanvar ayının əvvəlində yerli televiziya kanallarına geniş müsahibəsində Azərbaycanın Qəzzada sülhməramlı missiyada iştirak etməyəcəyini bildirdi. Buna baxmayaraq, Azərbaycanın gələcəkdə “Sülh Şurası”nda iştirakı mümkündür. Rəsmi Bakının qərarına Tramp administrasiyasının “Sülh Şurası”nın mandatını digər münaqişələrə genişləndirmək və onu BMT-yə alternativə çevirmək ideyasını reallaşdırması təsir edə bilər".

Aytac,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://sitat.info
archiveBu xəbər 19 Yanvar 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri