Tramp Qrenlandiyadakı tərəfdarlarının videosunu paylaşıb
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın son prezident seçkilərinin qalibi Donald Tramp Qrenlandiyanı Danimarkadan satın almaq planlarını təbliğ etməyə davam edir. Oğul Donald Trampın ada sakinləri ilə birlikdə çəkdirdiyi videoda onların başlarında MAGA (Donald Trampın "Make America Great Again" - "Amerikanı yenidən böyük edək" şüasinin baş hərfləri) yazılı kepkaların olduğu görünür.
Yayılan videoda sakinlər Tramp barəsində təriflə danışır, onu adanı almağa çağırır və Danimarkanı tənqid edirlər. Hətta videoda çıxış edənlərdən biri Danimarka dövlətinin ada sakinlərinin qeydinə qalmadığını iddia edib.
Yanvarın 20-də andiçmə mərasimi keçiriləcək Tramp sahibi olduğu "Truth Social" şəbəkəsində yazıb: "Qrenlandiyadan olan gözəl insanlara oğluma, gənc Donald Trampa və digər nümayəndələrimizə qarşı belə yaxşı davrandıqları üçün təşəkkür edirəm".
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 10 Yanvar 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















