Icma.az
close
up
RU
Tramp Qrenlandiyanı almağa JD Vensi göndərir Danimarka “vermərik”, deyir…

Tramp Qrenlandiyanı almağa JD Vensi göndərir Danimarka “vermərik”, deyir…

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı köhnə iddiası yenidən aktuallaşıb. Tramp administrasiyası Vaşinqtonun Danimarkaya məxsus yarı-muxtar ərazi olan Qrenlandiya üzərində nəzarəti ələ almaq ideyasını bir daha gündəmə gətirib. Məhz bu kontekstdə, ABŞ-ın vitse-prezidenti Cey Di Vens (JD Vance) bu cümə günü Qrenlandiyaya rəsmi səfər edəcək.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Trampın “Qrenlandiya arzusu” yenidən canlanır

Musavat.com xatırladır ki, Donald Tramp hələ 2019-cu ildə, birinci prezidentliyi dövründə Qrenlandiyanı ABŞ tərəfindən satın almaq ideyasını ortaya atmış, lakin bu təklif Danimarka və beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə tənqid olunmuşdu. Tramp isə bu məsələni ABŞ-ın strateji maraqları baxımından önəmli sayaraq gündəmdə saxlamışdı.

2025-ci ilin əvvəlindən yenidən prezident postuna qayıdan Tramp, bu ideyanı təhlükəsizlik, enerji ehtiyatları və Arktikaya nəzarət baxımından strateji addım kimi qiymətləndirir.

C.D. Vensin səfəri nəyi dəyişə bilər?

ABŞ vitse-prezidenti JD Vensin Qrenlandiyaya planlaşdırılan səfəri bu siyasi iddianın konkret diplomatik addımlarla müşayiət olunmağa başladığını göstərir. Səfər çərçivəsində ABŞ və Qrenlandiya rəhbərliyi arasında enerji, təhlükəsizlik və regional əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Analitiklərə görə, bu səfər Tramp administrasiyasının Qrenlandiya ilə bağlı mövqeyinin yalnız ritorika deyil, siyasi xətt halına gəldiyinin göstəricisidir.

Qeyd edək ki, Danimarka hökuməti ötən illərdə olduğu kimi, bu ideyanı ciddi və qeyri-real hesab etdiyini bəyan edib. Rəsmi Kopenhagen Qrenlandiyanın Danimarkanın ayrılmaz hissəsi olduğunu və müstəqilliyi yalnız ada əhalisinin iradəsi ilə həll oluna biləcəyini vurğulayır.

Hazırda Qrenlandiya muxtar statusa malikdir, lakin xarici siyasət, müdafiə və pul vahidi kimi sahələr Danimarkanın nəzarətindədir.

Arktikada geosiyasi yarış qızışır

Ekspertlər hesab edir ki, bu təşəbbüs təkcə Danimarka ilə deyil, həm də Rusiyanın və Çinin bölgədə artan maraqları fonunda geosiyasi yarışın bir hissəsidir. Qrenlandiyanın təbii sərvətləri, nadir torpaq elementləri və strateji yerləşməsi ABŞ-ın milli təhlükəsizlik maraqlarında mühüm yer tutur.

Trampın Qrenlandiya ilə bağlı iddiaları artıq yalnız təklif və ya zarafat kimi qəbul edilmir. Vitse-prezident Vensin adaya səfəri bu planın diplomatik, strateji və iqtisadi mərhələyə keçdiyini göstərir. Gözlər Qrenlandiya sakinlərinin və Danimarka hökumətinin bu səfərə və Tramp administrasiyasının yeni addımlarına necə reaksiya verəcəyinə yönəlib.

Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 Mart 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri