Icma.az
close
up
RU
Tramp Qrenlandiyanı ayağa qaldırdı Danimarkadan ayrılmaq prosesi başlandı

Tramp Qrenlandiyanı ayağa qaldırdı Danimarkadan ayrılmaq prosesi başlandı

Azpost saytına istinadən Icma.az xəbər verir.

1979-cu ilə qədər Danimarka müstəmləkəsi olan Qrenlandiyada müstəqillik hərəkatı xüsusilə Baş nazir Mute Egedenin rəhbərliyi altında sürətlə güclənir. Donald Trampın Qrenlandiyanı “nəzarətə almaq” istəyi ilə bağlı bəyanatlarından sonra ada ilə Danimarka arasında münasibətlər gərginləşib.

M.Egede Qrenlandiyanın gələcəyinin onun xalqının işi olduğunu açıq şəkildə bildirib, Danimarkadan ayrılmaq arzusunu vurğulayıb. Qrenlandiya parlamenti hazırda bu prosesi asanlaşdıracaq yeni konstitusiya üzərində işləyir.

Danimarka isə adanın simvollarını gerbinə daxil etməklə və Arktikanın müdafiəsi üçün ayrılan vəsaiti artırmaqla Qrenlandiya ilə əlaqələrini gücləndirir. Pul vəsaiti digərləri ilə yanaşı, yeni dronlara, gəmilərə və Qrenlandiyada əməkdaşların sayının artırılmasına sərf olunacaq. Danimarkanın Baş naziri Mette Frederiksen müstəqilliklə bağlı qərarın Qrenlandiyadan gəlməli olduğunu desə də, Rigsfællesskabet (Danimarka Krallığı, Farer adaları və Qrenlandiya daxil olan Millətlər Birliyi – red.) çərçivəsində birliyin vacibliyini vurğulayıb.

Bu bəyanat 2009-cu ildə qəbul edilmiş “Muxtariyyət haqqında” qanuna uyğundur. Sənəddə deyilir ki, Qrenlandiya müstəqil olub-olmayacağına özü qərar verir. Bununla belə, qərar qüvvəyə minməzdən əvvəl hər iki parlament – Qrenlandiya Landstingi və Danimarka Folketinqi tərəfindən təsdiqlənməlidir.

Bu hadisələrin fonunda Danimarkanın Qrenlandiyada keçmiş sui-istifadələri ilə bağlı mübahisələr davam edir. 1960-1970-ci illərdə Qrenlandiya qadınlarının məcburi sterilizasiyası ilə bağlı qalmaqal yenidən ictimailəşdirilib. Prosedurlar Danimarka həkimləri tərəfindən Qrenlandiyanın əhalisini azaltmaq və Danimarkanın xərclərini azaltmaq məqsədilə həyata keçirilib. Ölkə Qrenlandiyaya hər il təxminən 4 milyard Danimarka kronu (550 milyon dollardan çox) verir ki, bu da adanın dövlət xərclərinin yarısından çoxunu təşkil edir. Prosedur haqqında bir çox qadın məlumatlandırılmayıb və bu ilin yazında 140 qadın Danimarka dövlətinə qarşı məhkəmə iddiası qaldıraraq vurulmuş zərərin əvəzi kimi 40 milyon Danimarka kronundan (5,5 milyon dollardan çox) çox təzminat tələb etdikdə qalmaqal başqa müstəviyə keçdi. Qadınlar, həmçinin Danimarka hökumətindən üzr istəməsini tələb ediblər, lakin indiyə qədər heç bir üzrxahlıq edilməyib.

Qrenlandiyada apreldə keçirilməsi planlaşdırılan parlament seçkiləri ərəfəsində müstəqillik məsələsi əsas məsələyə çevrilir. Çoxları hesab edir ki, Trampın bəyanatları və son hadisələr Qrenlandiyanın Danimarka krallığından ayrılması prosesini sürətləndirə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 Yanvar 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri