Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Tramp Qrenlandiyanı ələ keçirmək istəyir, Danimarka nə edəcəyini bilmir

Tramp Qrenlandiyanı ələ keçirmək istəyir, Danimarka nə edəcəyini bilmir

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Kopenhagendə ABŞ-ın yenidən seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək istəyi ilə bağlı bəyanatlarına necə reaksiya vermək lazım olduğu müzakirə edilir. Eyni zamanda, bu fikirlərin yalnız zarafat olmadığını göstərən siqnallar alınır.  

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.  

Danimarkalı rəsmilər guya Trampın məsləhətçilərindən və tərəfdarlarından onun Qrenlandiya ilə bağlı planlarını ciddi şəkildə nəzərdə tutduğu barədə siqnallar alıblar. Onlar, eyni zamanda, bu məsələdə ABŞ ilə strateji müttəfiqlik əlaqələrini pozmadan necə davranmalı olduqları barədə düşünürlər.  

CNN-ə danışan danimarkalı rəsmilərdən biri hazırkı vəziyyətin Trampın 2019-cu ildə Qrenlandiya haqqında aktiv şəkildə danışdığı dövrdən tamamilə fərqli olduğunu bildirib. Digər bir rəsmi isə qeyd edib ki, bu dəfə məsələ "daha ciddi görünür".  

Kopenhagendə bu mövzuda Tramp ilə açıq söhbət aparmağın ən yaxşı yol olduğu və bunun mümkün böhranı önləyə biləcəyi qənaətinə gəlinir.  

Çərşənbə günü xarici işlər naziri Lars Lokke Rasmussen gələcək administrasiya ilə danışıqlar aparmaq istəyini artıq açıqlayıb.  

"Biz ABŞ tərəfi ilə daha sıx əməkdaşlıq üçün dialoqa açığıq ki, onların ambisiyalarını təmin edə bilək", – deyə nazir bildirib.  

Qrenlandiyanın strateji əhəmiyyəti  

Uzun illərdir Qrenlandiya ABŞ üçün xüsusilə Rusiya ilə birbaşa qarşıdurma halında strateji bir məkan kimi nəzərdən keçirilir.  

CNN mənbələrə istinad edərək qeyd edir ki, həm ABŞ-da, həm də Danimarkada rəsmi şəxslər Trampın Qrenlandiyaya olan "məftunluğunu" başa düşmürlər. Belə ki, ABŞ-ın artıq Qrenlandiyada hərbi bazası mövcuddur və Danimarka ilə Arktika təhlükəsizliyi sahəsində yaxın əməkdaşlıq edir.  

Mənbələrdən biri hesab edir ki, Qrenlandiyanın müstəqilliyini elan edəcəyi halda gələcəkdə yerli hakimiyyətin hansı mövqe tutacağı bəlli deyil. Onların mövqeyi Rusiyaya və Çinə yaxın, yoxsa NATO ilə uyğun olacaq?  

Eyni zamanda, ABŞ üçün Qrenlandiya ətrafındakı təhlükəsizlik tədbirlərini dəstəkləmək çətinlik yarada bilər. Hazırda bu tədbirlər Danimarka donanması tərəfindən həyata keçirilir.  

Reaksiyalar  

Donald Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək istəyi ilə bağlı yenilənmiş bəyanatları və hərbi güc istifadə etmə ehtimalını istisna etməməsi müzakirələri daha da alovlandırıb.  

Danimarkanın baş naziri Mette Frederiksen vurğulayıb ki, Qrenlandiya onun sakinlərinə məxsusdur və ABŞ-ın bu adanı zorla ələ keçirmək cəhdini təsəvvür edə bilmir. Avropanın digər liderləri də Trampın bəyanatlarını qəbuledilməz adlandırıblar.  

Qeyri-rəsmi məlumatlara görə, Frederiksen Trampın təhdidlərini müzakirə etmək üçün Danimarka parlamentindəki partiyaların liderlərini 9 yanvar tarixində toplantıya çağırıb.  


Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:362
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri