Tramp qudasına yüksək vəzifə verir FOTO
Manset portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp qızı İvanka Trampın qaynatası Çarlz Kuşneri ölkənin Fransadakı səfiri postuna namizəd göstərib.
Manset.az xəbər verir ki, siyasətçi bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
“Mən Çarlz Kuşneri ABŞ-nin Fransadakı səfiri vəzifəsinə namizəd irəli sürməkdən məmnunam. O, ölkəmizi və onun maraqlarını güclü şəkildə təmsil edəcək nəhəng biznes-lider, xeyriyyəçi və sövdələşmələr aparan şəxsdir”, - deyə siyasətçi bildirib.
Qeyd edək ki, Çarlz Kuşnerin 70 yaşı var. 2005-ci ildə o, vergidən yayındığına görə iki il həbs cəzası alıb. O, 2020-ci ildə Tramp tərəfindən əfv edilib.
Baxış sayı:115
Bu xəbər 01 Dekabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















