Icma.az
close
up
RU
Tramp razılaş dedi, Zelenski qəzəbləndi 6 ölkədən sərt bəyanat

Tramp razılaş dedi, Zelenski qəzəbləndi 6 ölkədən sərt bəyanat

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Avropanın 7 ölkəsi ABŞ-a çağırış edərək Rusiya ilə bağlı siyasətində dəyişiklik həyata keçirməsi tələbini irəli sürüblər. Ukrayna, Böyük Britaniya, Fransa, Çexiya, Litva, Latviya və Estoniyadan olan nümayəndələr birgə bəyanat yayaraq ABŞ Prezidenti Donald Trampı və Konqresi Rusiyanın təcavüzünə qarşı qətiyyət nümayiş etdirməyə səsləyiblər.

Ağ Ev rəhbərinin Moskvanı sülhə razı salmaq üçün Krımı bu ölkənin ərazisi kimi tanımaq və Ukraynanın NATO-ya üzvlük prosesinin birdəfəlik dayandırılması kimi təklifləri ciddi narazılıq doğurub. Tramp Krımın birədəflik Rusiyanın tərkibində qalacağını, Ukrayna Prezidenti Volodimir Zelenskinin də bunu anlamalı olduğunu söyləyib. O, həmçinin Kiyevin alyansa üzvlüyünü mümkünsüz adlandırıb.

Avropanın etirazı Vaşinqtona necə təsir edəcək? Trampın bu narazılıqlar fonunda geri addım atması nə dərəcədə mümkün görünür?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Avropa dövlətlərinin bu çağırışının ABŞ-ın mövqeyinə hər hansı təsiri gözlənilmir:

“Ümumiyyətlə, Trampın əsas hədəfi münaqişənin birdəfəlik həllinə nail olunması deyil, məhz dondurulmasıdır. Ona görə də, danışıqlar prosesində Rusiya ilə ortaq şərtlərin müəyyənləşdirilməsindən çəkinmir. Baxmayaraq ki, bu şərtlər bilavasitə Ukraynanın parçalanmasını təsdiq etmiş olur.


Aytən Qurbanova

Əslində, danışıqlar prosesinin bütün mərhələlərində səsləndirilən təkliflərin hər biri açıq şəkildə Ukraynanın ərazi bütövlüyü prinsipini gözardı edərək mövcud şərtlər daxilində atəşkəsin təmin olunmasını hədəfləyir. Digər tərəfdən isə Rusiyanın sərhədsiz güc istifadəsinə rəvac verən amil də məhz ilk gündən Qərb dövlətlərinin Ukrayna məsələsində həmrəylik nümayiş etdirə bilməməsidir.

Nəticə etibarilə, indiki məqamda verilən bəyanatların mövcud reallığı dəyişmək ehtimalı çox yüksək qiymətləndirilə bilməz”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Aprel 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri