Tramp Respublikaçılar Partiyasının son seçkidə məğlubiyyətini şərh edib
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Federal hökumətin fəaliyyətinin dayanması ("şatdaun") keçirilən seçkidə Demokratlar Partiyasının qələbə qazanmasında böyük rol oynayıb".
Moderator.az "Politico" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp respublikaçı senatorlarla görüş zamanı Respublikaçılar Partiyasının namizədlərinin seçkidə uduzmalarını şərh edərkən deyib.
O, respublikaçıları federal hökumətin maliyyələşdirilməsini mümkün qədər tez bərpa etməyə çağırıb:
"Əgər ictimai rəy sorğularına baxsanız, görərsiniz ki, hökumətin fəaliyyətinin dayanması Respublikaçılara mənfi təsir göstərən əsas amillərdən biri olub. Dünən axşam heç kim qələbə gözləmirdi bu, Demokratların güclü olduğu bölgələr idi. Çox maraqlı bir gecə idi və biz çox şey öyrəndik".
Xatırladaq ki, Demokratlar Partiyası Nyu-York meriyası, eləcə də Nyu-Cersi və Virciniya ştatlarının qubernator seçkisində qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 06 Noyabr 2025 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















