Tramp Rubionu Kuba prezidenti görmək istəyir FOTO
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ müstəqil siyasət yürüdən və ya Çinə, Rusiyaya qarşı müsbət münasibət sərgiləyən nisbətən kiçik dövlətlərə qarşı təzyiq və təhdid dilində danışır. Hazırda əsas hədəflər Qrenlandiya, Kanada və Kubadır. ABŞ prezidenti Donald Tramp Kubaya qarşı yeni "super-meqa-dəhşətli" blokada tətbiq edib. O, Kubaya bir damla neft belə tədarük edən istənilən ölkəyə 100% tarif tətbiq edəcəyini açıqlayıb. Artıq Venesueladan sonra Meksikada Kubaya neft ixracatını dayandırıblar. "İşlər Kuba üçün pisdir və daha da pisləşəcək. Onlar bütün neftlərini və pullarını Venesueladan alırdılar. Maduro bunu onlara verirdi. İndi bunlar keçib", - deyə Tramp özündənrazı halda bildirb. O, əlavə edib ki, ABŞ dövlət katibi Marko Rubio Fidel Kastronun və Çe Gevaranın davamçıları devrildikdən sonra Kuba prezidentliyinə ən yaxşı namizəddir.
Qeyd etmək lazımdır ki, Azadlıq Adası uzun müddətdir ABŞ-ın blokadası altındadır, amma indi daha sərt olacaq. Tramp çətinliklərdən bezmiş kubalıların öz hökumətlərini devirmələrinə ümid edir. Yaxud da heç olmasa ABŞ işğalına müqavimət göstərməmələri üçün səfərbər olmalarına çalışır.
ABŞ konqresmeni Karlos Ximenes artıq turistlərə müraciət edib: "Kommunist Kubaya səyahət edərkən diqqətli olun və orada olan turistlər çox gec olmamışdan əvvəl dərhal yola düşməlidirlər."
İlham
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 03 Fevral 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















