Tramp Rusiya ilə bağlı qərar verəcək Özü açıqladı
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan yenilənmiş qanun layihəsini araşdıracağını açıqlayıb. O, sənədlə bağlı yekun qərarın hələ verilmədiyini bildirib.
"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, Tramp bunu Ağ Evdə İraqın Baş naziri Əli əz-Zeydi ilə görüşü zamanı deyib.
“Mən məsələni nəzərdən keçirməliyəm. Bu barədə hələ müzakirə aparılmayıb”, – ABŞ lideri bildirib.
Qeyd edək ki, Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi Konqresdə müzakirə olunan qanun layihəsinin əsas müddəalarından biri hesab olunur.
ABŞ Prezidenti həmçinin qanun layihəsinin əhatə dairəsinin genişləndiriləcəyini də istisna etməyib. Onun sözlərinə görə, sənədə İran və Livanın “Hizbullah” hərəkatı da əlavə edilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 İyul 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















