Icma.az
close
up
RU
Tramp Rusiya rublunu xilas edir Məzənnə az qala 80 rubla yüksəlib

Tramp Rusiya rublunu xilas edir Məzənnə az qala 80 rubla yüksəlib

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Donald Trampın Rusiyaya münasibətdə yürütdüyü siyasət və sanksiyaların yumşaldılması ehtimalı Rusiya rublunun kəskin dəyər qazanmasına səbəb olub. 

“AzPolitika” xəbər verir ki, hazırda Rusiya rublunun dollara nisbətdə məzənəsi 80 rubla yaxınlaşıb.

Rubl 2023-cü ilin aprelindən bəri bu qədər möhkəmlənməyib (keçən ilin sonunda onun məzənnəsi bir dollar üçün 110 rubla düşüb).

Rusiyalı maliyyə ekspertləri iddia edirlər ki, rublun məzənnəsinin yüksəlməsi (neftin dünya qiymətlərinin nisbətən aşağı qalmasına baxmayaraq) Trampın Rusiyaya qarşı sanksiyaları mümkün ləğvi ərəfəsində beynəlxalq investorların Rusiya qiymətli kağızlarını (xüsusən də dövlət istiqrazlarını - OFZ) almaq üçün Qazaxıstan və digər ölkələr vasitəsilə Rusiyaya kapital axıtması ilə bağlıdır.

Rusiyalı maliyyə analitiki Aleksey Antonov “teleqram” kanalında yazıb: “Klassik ticarət strategiyası: ABŞ-dən 4%-lə dollar alırıq, onları rubla dəyişdiririk, 20%-lə qiymətli kağızlara qoyuruq. Bu, köçürmə xərcləri çıxıldıqdan sonra illik 16% gəlir deməkdir. Bunlar əhəmiyyətli məbləğlərdir".

“Financial Times” da Rusiya bazarına investorların marağının kəskin artdığını yazır: “İnvestorlar Rusiyadan qazanc əldə etməyə can atırlar, çünki Tramp yaxınlaşma əlamətləri göstərir. İnvestorlar Donald Trampın Vladimir Putinlə yaxınlaşmasının Rusiya iqtisadiyyatına kapital axınına səbəb olacağına ümid edərək, Rusiya istiqrazlarına və rubla stavka edirlər. İnvestorlar və treyderlər bildiriblər ki, ABŞ Prezidenti atəşkəs razılaşmasının bir hissəsi kimi sanksiyaları yumşaldacağı təqdirdə Rusiya aktivləri ilə ticarət etmək imkanlarını araşdırırlar. Qərb fondları hələ də Rusiya aktivlərinə birbaşa investisiya qoymaqda çətinlik çəksələr də, münaqişə başlayandan sonra dəyərsiz hesab edilən Rusiya korporativ istiqrazları ilə maraqlanmağa başlayıblar”.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Mart 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri