Icma.az
close
up
RU
Tramp Rusiya Ukrayna müharibəsindən danışdı

Tramp Rusiya Ukrayna müharibəsindən danışdı

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp ABŞ-də yerləşən “Fox News” telekanalına müsahibəsinin ikinci hissəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. 

“Cebheinfo.az” xəbər verir ki, Tramp, ABŞ-nin Ukraynaya etdiyi yardım müqabilində Ukraynanın böyük təbii sərvətlərindən pay almalı olduğuna diqqət çəkib:

“Mən onlara dedim ki, bu pulu ödəməyə davam edə bilmərik. Onlar nadir minerallar, neft və qaz baxımından son dərəcə qiymətli torpaqlara sahibdirlər. 

Mən pulumuzun təmin olunmasını istəyirəm, çünki yüz milyardlarla dollar xərcləyirik. Bir sövdələşmə edə bilərlər, etməyə də bilərlər. Bir gün rus ola bilərlər, olmaya da bilərlər, amma bütün bu pulları orada alacağıq və mən deyirəm ki, mən bu pulun geri qaytarılmasını istəyirəm. 

Onlara dedim ki, bunun əvəzində 500 milyard dollar dəyərində nadir torpaqlar istəyirəm. Onlar da bunu etməyə razılaşdılar, ona görə də ən azından özümüzü axmaq hiss etmirik.

Həmişə deyirəm ki, mən prezident olsaydım, seçkilər saxtalaşdırılmasaydı, bu heç vaxt baş verməzdi. Bu müharibə heç vaxt olmazdı. Putinlə belə olmazdı, 7 oktyabrda İsrailə hücum heç vaxt olmazdı".

Tramp daha əvvəl də Ukraynanın mineral sərvətlərindən faydalanmaq arzusunu dilə gətirib.

Qeyd edək ki, Ukraynada müasir texnologiyaların istehsalı üçün kritik əhəmiyyət kəsb edən litiumdan titana qədər mühüm element və mineral yataqları, həmçinin böyük kömür, neft, qaz və uran ehtiyatları var.

Ukrayna Prezidenti Volodimir Zelenski ötən cümə günü “Reuters”ə müsahibəsində "Ən çox kömək edən amerikalılar olub və buna görə də ən çox amerikalılar qazanmalıdır. Mən Prezident Trampla da bu barədə danışmaq istəyirəm" deyib.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Fevral 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see283

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see273

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see271

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see265

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see262

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see257

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see245

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see243

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see242

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see237

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see235

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see230

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see229

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see215

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see213

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see212

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see199

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see194

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see193

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri