Tramp: Rusiya Ukrayna müharibəsinin tezliklə bitəcəyinə ümid edirəm
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini “qanlı qırğın” adlandırıb və bunun tez bir zamanda başa çatması lazım olduğunu vurğulayıb.
Turkustan.az xəbər verir ki, bu barədə o, GB News-a müsahibəsində bildirib .
Söhbətin əvvəlində Tramp “8 müharibəni həll etdiyi” və “daha bir müharibənin qaldığı” iddialarını təkrarlayıb
"Mən daha asan olacağını düşündüm, çünki bir halda, 32 il davam edən bəzi müharibələri həll etdim. Və iki günə həll etdim. Bununla çox fəxr edirəm... Həll etmədiyim yeganə şey Rusiya və Ukraynadır. Bu, heç vaxt başlamamalı idi. Bu qanlı qırğındır", - Amerika lideri bildirib.
ABŞ prezidentinin sözlərinə görə İkinci Dünya Müharibəsindən sonra belə böyük miqyasda müharibə olmayıb. O, həmçinin Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı müharibənin tezliklə başa çatacağına əminliyini ifadə edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 15 Noyabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















