Tramp: Rusiya və Çinlə mübarizə üçün Qrenlandiya bizdə olmalıdır
Icma.az bildirir, Reyting.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Rusiya və Çindən gələn təhdidləri əsas gətirərək beynəlxalq təhlükəsizlik baxımından ABŞ-nın Qrenlandiyanı almasının vacib olduğunu deyib.
Reyting.az-ın “Politico”ya istinadla verdiyi məlumata görə Tramp bu barədə Ağ evin Oval kabinetində jurnalistlərə açıqlamasında deyib.
Tramp qeyd edib ki, Danimarka əraziyə lazımi nəzarəti təmin etmək iqtidarında deyil.
“Qrenlandiya gözəl yerdir. Bizə beynəlxalq təhlükəsizlik üçün lazımdır. Əminəm ki, Danimarka təslim olacaq, çünki onların bu ərazini dəstəkləmək üçün resursları yoxdur”, - deyən Tramp daha sonra əlavə edib:
“Qrenlandiya təkcə bizim üçün vacib deyil, beynəlxalq təhlükəsizlik üçün də vacibdir. Rusiya qayıqları, Çin döyüş gəmiləri - onlar hər yerdədir və Danimarka buna nəzarət edə bilməz”.
Qeyd edək ki, Tramp dəfələrlə Qrenlandiyanın alınmasının vacibliyini vurğulayaraq, bunu ABŞ üçün “mütləq zərurət” adlandırıb və hərbi gücdən istifadənin mümkünlüyünü də istisna etməyib.
Bu bəyanatlar Danimarka və Qrenlandiyada hiddət dalğasına səbəb olub. Hər iki ərazinin liderləri qeyd ediblər ki, Qrenlandiya ələ keçirilə bilməz.
Onu da qeyd edək ki, mineral ehtiyatlarla zəngin olan Qrenlandiya təhlükəsizlik və ticarət üçün strateji əhəmiyyət kəsb edir, xüsusən dünya gücləri Arktikaya getdikcə daha çox baxır. Üstəlik, adada ABŞ-nın hərbi bazası da var.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Tramp: Qrenlandiya bizim olmalıdır
23 Dekabr 2024 09:01
Tramp Çinlə mübarizə üçün beş ölkə ilə koalisiya yaradır
12 Dekabr 2025 12:59
Tramp: “Qrenlandiya bizə nə üçün lazımdır?”
23 Dekabr 2025 13:15
Tramp Rusiya və Çinlə nüvəsizləşdirmə danışıqlarına başlayacaq
14 Fevral 2025 09:20
Qrenlandiya Qızıl Qübbə üçün çox vacibdir Tramp
14 Yanvar 2026 21:43
Baxış sayı:99
Bu xəbər 21 Yanvar 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















