Tramp rusiyalı həmkarı ilə görüşmək üçün şərtini AÇIQLADI
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün şərti açıqlanıb.
Redaktor.az “New York Post”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin adı açıqlanmayan rəsmisi bildirib.
“Bu görüşün baş tutması üçün Putinin Ukrayna prezidenti Volodimir Zelenski ilə də görüşməsi lazımdır”, - deyən mənbə həmin görüş üçün yerin hələlik müəyyən edilmədiyini vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında Moskva və Vaşinqtonun yaxın günlərdə Putin və Tramp arasında görüş keçirməyə razılaşdığını bildirib. Onun sözlərinə görə, görüşün formatı və təfərrüatları üzərində iş gedir, görüşün yeri isə artıq müəyyənləşdirilib və bu barədə daha sonra məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 07 Avqust 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















