Icma.az
close
up
RU
Tramp Rusiyanı neft dövləti kimi zərərsizləşdirmək istəyir Newsweek

Tramp Rusiyanı neft dövləti kimi zərərsizləşdirmək istəyir Newsweek

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident Donald Tramp bəyan edib ki, Rusiya ilə biznes aparmaqda davam edən ölkələr sərt sanksiyalara hazır olmalıdır. 

Qaynarinfo "Newsweek”ə istinadla yazır ki, ABŞ liderinin məqsədi RF-ni neft dövləti kimi zəiflətməkdir.

Yeni məhdudiyyətlərlə bağlı açıqlamalar ABŞ-ın yaxınlarda "Rosneft”, "Lukoil” və onların törəmə strukturlarına qarşı sanksiya tətbiq etməsinin fonunda səslənib. Bu, artıq Çin dövlət şirkətlərini Rusiya neftinin alışından imtina etməyə məcbur edib. Rusiya neftinin ikinci ən böyük alıcısı olan Hindistan isə dekabr ayı üçün heç bir sifariş verməyib.

Neft təzyiqinin eskalasiyası

Berlində yaşayan enerji analitiki Tomas O'Donnell Newsweek-ə bildirib ki, ABŞ-ın addımları və Ukraynanın Rusiya neft emalı zavodlarına uğurlu hücumları "Rusiyanı neft dövləti kimi zərərsizləşdirə bilər”. Onun qiymətləndirməsinə görə, əlavə sanksiyalar və infrastruktura zərbələr Rusiya enerji gəlirlərinin çökməsi üçün "güclü multiplikator” olacaq.

O'Donnell qeyd edib ki, Rusiya faktiki olaraq iki böyük alıcı ilə – Çin və Hindistanla – məhdudlaşıb və indi ikinci dərəcəli sanksiyalardan qorxduqları üçün alternativ müştərilər tapması demək olar ki, mümkünsüzdür.

Tramp nə planlaşdırır?

Tramp açıqlayıb ki, qanunvericilər sanksiya siyahısına İranı da əlavə edə bilərlər. Medianın məlumatına görə, söhbət uzun müddətdir senator respublikaçı Lindsi Qrem tərəfindən lobbiləşdirilən və Rusiya enerji daşıyıcılarını alan ölkələrdən idxala 500%-ə qədər tariflər nəzərdə tuta bilən qanun layihəsindən gedir.

Belə məhdudiyyətlər ilk növbədə Rusiya neftinin əsas bazarları olan Çin və Hindistana yönələcək.


Rusiyanın enerji obyektləri zərbə altında

Son aylarda Ukrayna pilotsuz aparatları mütəmadi şəkildə Rusiya neft emalı zavodlarına və limanlarına hücum edir. Təkcə Qara dənizdə Novorossiysk və Tuapse terminalları ciddi ziyan görüb ki, bu da dünya neft tədarükünün təxminən 2%-nə təsir göstərib.

Ekspertlər hesab edirlər ki, Qara dəniz obyektlərinə Baltik dənizi obyektləri də əlavə edilə bilər – bu halda Rusiya ixrac infrastrukturunun itkiləri sanksiyaların təsirini ciddi şəkildə gücləndirəcək.

Tramp bunu nə üçün edir?

Analitiklər düşünürlər ki, sanksiyaların sərtləşdirilməsi Trampın Putini daha yumşaq şərtlərlə danışıqlar masasına oturtmaq cəhdinin bir hissəsidir. Kremlin gəlirlərinə zərbə Rusiyanın yüksək müdafiə xərclərini – ölkənin hərbi maşınının əsas dayağını – mümkünsüz edə bilər.

"The Commercialiser” şirkətindən Aleks Adamo bildirib ki, Tramp həmçinin Aİ-ni də analoji barışmaz mövqe tutmağa və Rusiya enerji resurslarının idxalını kəskin azaltmağa razı salmağa cəhd göstərə bilər.

Rusiyaya qarşı sanksiyalar – son xəbərlər

Qeyd edək ki, Trampa Rusiya Federasiyasına qarşı üç sanksiya variantı təklif olunub, o isə ən sərtini seçməyib. Eyni zamanda ABŞ liderinin Putinə təzyiqi artırmaq üçün başqa alətləri də var, lakin hələlik onlardan istifadə etməyib.

Senator Lindsi Qremin sözlərinə görə, Trampın təsdiqindən sonra Konqres Rusiyaya qarşı əlavə sanksiyalar barədə iki partiyalı qanun layihəsinə baxmağa başlayır.

Ağ Evdəki mənbələr bildiriblər ki, sənəd istənilən məhdudlaşdırıcı tədbirlə bağlı yekun qərar vermək hüququnu açıq şəkildə ona (Trampa) həvalə edəcəyi halda, Tramp yeni sanksiyalar haqqında qanun layihəsini imzalamağa hazırdır.


Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri