Icma.az
close
up
RU
Tramp Rusiyanı yeni sanksiyalarla hədələyib

Tramp Rusiyanı yeni sanksiyalarla hədələyib

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı son hərəkətlərini sərt qiymətləndirərək, Rusiya lideri Vladimir Putinin münaqişəni dayandırmaq niyyətinə şübhə etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Tramp açıqlamasında Ukraynanın atəşə tutulmasının Rusiyanın sülh danışıqlarındakı səmimiliyini şübhə altına aldığını vurğulayıb.

"Putinin son bir neçə gündə mülki ərazilərə, şəhərlərə və qəsəbələrə raket atmaq üçün heç bir səbəbi yox idi. Bu, məni düşünməyə vadar edir ki, bəlkə o, müharibəni dayandırmaq istəmir, sadəcə olaraq məni ləngidir", - deyə Tramp özünün "Truth Social" platformasında yazıb.

Prezident Rusiyaya qarşı sərt tədbirlərə əl atmağın mümkünlüyünə də eyham vuraraq qeyd edib: "Və onunla "bankçılıq" və ya "ikinci dərəcəli sanksiyalar" vasitəsilə başqa cür davranmaq lazımdır? Çox sayda insan ölür!"

Tramp həmçinin Amerika mediasını, xüsusən də "The New York Times" və jurnalist Peter Bakeri tənqid edərək, onları qərəzli olmaqda ittiham edib.

"Rusiya və Ukrayna ilə bağlı nə sövdələşmə etsəm də, nə qədər yaxşı olsa da, hətta tarixdə ən böyük sövdələşmə olsa belə, "The Failing New York Times" bu barədə pis yazacaq", – deyə prezident qeyd edib.

Eyni zamanda Tramp bütün itirilmiş ərazilərin Ukraynaya qaytarılması ideyasını "gülünc" adlandırıb.

""The Times"ın qərəzli və səriştəsiz jurnalisti Piter Beyker öz redaktorunun göstərişlərinə əməl edərək yazıb ki, Ukrayna əraziləri, o cümlədən, ehtimal ki, Krımı qaytarmalı və İkinci Dünya Müharibəsindən bəri ən dəhşətli qətliamın dayandırılması üçün digər gülünc tələblər irəli sürməlidir", - deyib.

O, Rusiyanın Krımı ələ keçirməsinin Obama administrasiyası dövründə baş verdiyini xatırladıb və indiki böhrana şərait yaratmaqda sələflərini günahlandırıb: "Niyə bu yüngül çəkili reportyor demir ki, Rusiyanın Krımı güllə atmadan ələ keçirməsinə imkan yaradan Obama olub?", - deyə o qeyd edib.

Tramp vurğulayıb ki, Ukraynanı yalnız "çarşaf"la təmin edən Obamadan fərqli olaraq, o, bir dəfə ölkəyə tank əleyhinə Javelin sistemləri göndərib. Onun fikrincə, Rusiya ilə Ukrayna arasında müharibə "o prezident qalsaydı, başlamamalı idi və başlamazdı".

Qeyd edək ki, Tramp son vaxtlar ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ehtimalına işarə edir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Aprel 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri