Icma.az
close
up
RU
Tramp Rusiyanın enerji infrastrukturlarına hücuma icazə verdi

Tramp Rusiyanın enerji infrastrukturlarına hücuma icazə verdi

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın enerji infrastrukturlarına zərbələr endirmək üçün kəşfiyyat məlumatlarının Ukraynaya ötürülməsinə icazə verib. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” nəşri yazıb. 

Qeyd edək ki, kəşfiyyat agentlikləri və Pentaqon neft emalı zavodlarını, boru kəmərlərini, elektrik stansiyalarını və digər infrastrukturları məhv etmək üçün məlumatları təqdim etməlidir.

Mənbələr bildiriblər ki, Tramp bu barədə sərəncamı Ukraynanın müharibədə qalib gələcəyi və öz ərazisini geri ala biləcəyi  ilə bağlı “Truth Social” səhifəsində məlumat yerləşdirməzdən bir müddət əvvəl verib.

Onlar həmçinin əlavə ediblər ki, Vaşinqton NATO müttəfiqlərindən Kiyevə də analoji dəstək göstərməyi xahiş edib.

“The Wall Street Journal”a açıqlama verən mənbə onu da bildirib ki, Tramp administrasiyası Kiyevi Rusiyadakı daha çox hədəfi vurmağa imkan verəcək güclü silahlarla təmin etmək imkanını nəzərdən keçirir.

Söhbət uzaqmənzilli “Tomahawk” və “Barracuda” raketlərindən gedir. ABŞ-nin vitse-prezidenti J.D.Vens bu yaxıənlarda bildirib ki, Ağ Ev Ukraynaya 2 500 km məsafəni vuran “Tomahawk” raketlərinin verilməsini müzakirə edir. Lakin Tramp hələlik bu qərarı təsdiq etməyib.

Rusiya Prezidenti Vladimir Putin isə bundan əvvəl qeyd edib ki, Rusiya ərazisinə zərbələr endirmək üçün Qərbin uzaqmənzilli silahlarından istifadə edilməsi NATO dövlətləri, ABŞ və Avropa ölkələrinin Moskva ilə müharibə vəziyyətində olması demək olacaq.

Putin vurğulayıb ki, Ukrayna təkbaşına belə zərbələr endirmək iqtidarında deyil. Bu, yalnız Qərb ölkələrinin köməyi ilə mümkündür. Öz növbəsində, Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın sonunda Trampla görüşdən sonra Kreml rəsmilərini ABŞ-nin uzaqmənzilli silah zərbələri ilə hədələyib.

“Onlara bomba sığınacaqlarının harada yerləşdiyini bilmək lazımdır. Əgər onlar müharibəni dayandırmasalar, onsuz da bu (Bomba sığınacağı) onlara lazım olacaq”, - deyə Zelenski bildirib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri