Icma.az
close
up
RU
Tramp Rusiyanın “nüvə blefini” ifşa etdi DETALLAR

Tramp Rusiyanın “nüvə blefini” ifşa etdi DETALLAR

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp keçmiş Rusiya prezidenti Dmitri Medvedevin nüvə təhdidlərinə cavab olaraq iki atom sualtı qayığını Rusiyaya yaxın ərazilərdə yerləşdirməyə göstəriş verib.
Turkustan.az xəbər verir ki, bu addım, "The Telegraph" qəzetinin yazdığına görə, liderlər arasında sosial şəbəkələrdə alovlanan söz savaşının kulminasiya nöqtəsinə çevrilib.
Medvedev ABŞ-ın atəşkəs tələblərini “müharibəyə doğru addım” adlandıraraq nüvə zərbəsi ilə hədələyib. Tramp isə bu bəyanata cavab olaraq sualtı qayıqları hərəkətə gətirməklə Rusiyanın nüvə hədələrini “ifşa etdiyini” göstərməyə çalışıb. ABŞ-ın bu provokativ addımına baxmayaraq, Kremlin hələ ki, rəsmi reaksiyası yoxdur. Bu, qeyri-adi haldır, çünki Rusiya adətən simmetrik cavab verir.
"The Telegraph" yazır ki, Trampın bu addımı ABŞ-ın nüvə siyasətində real dəyişiklikdən çox, teatra bənzəyir. Analitiklər bu sükutu Putinin diplomatik oyunu kimi dəyərləndirirlər. O, ehtimal ki, gərginliyin artmasını istəmir.

Rusiya mediasında isə bu addım ironik qarşılanıb, Trampın davranışı “isterika” və “boş danışıq” kimi qiymətləndirilib. Ekspertlərin fikrincə, Trampın əsas məqsədi Ukrayna məsələsində güzəştə getmək istəməyən Putinə təzyiq göstərməkdir. Əgər 8 avqusta qədər tərəqqi əldə olunmasa, Tramp Moskvanın müttəfiqlərinə qarşı yeni sanksiyalar və ticarət məhdudiyyətləri vəd edib.

Eyni zamanda, keçmişdə Qərblə yaxınlaşmağa çalışan Medvedev indi getdikcə daha kəskin və marginal bəyanatlarla gündəmə gəlməyə çalışır. Məqalədə qeyd olunur ki, onun bəzi aqressiv çıxışları şəxsi vərdişləri ilə də əlaqələndirilir. "The Insider" bildirir ki, sosial şəbəkələrdəki ən ifrat postları onun Toskana üzümçülüyündən yeni tədarüklər aldığı günlərə təsadüf edir.
Məqalədə həmçinin deyilir ki, Tramp Medvedevə qarşı bu sərt addımla əslində Putinə mesaj göndərir – bir vaxtlar heyranlıq duyduğu, lakin Ukrayna məsələsində onu məyus etmiş liderə.
Xatırladaq ki, Tramp daha əvvəl Putinə qarşı yeni ultimatum irəli sürmüşdü. Cavab olaraq, Medvedev ABŞ ilə birbaşa müharibə ehtimalından danışmışdı. Tramp isə bəyan etmişdi ki, ABŞ nüvə sualtı qayıqlarını “müvafiq ərazilərdə” yerləşdirəcək – əgər Medvedevin bəyanatları “boş sözlərdən daha artıq olarsa”.
"The Telegraph"ın gəldiyi nəticəyə görə, Trampın Medvedevə verdiyi cavab təhlükəli presedent yaradır. Belə ki, nüvə siyasəti artıq emosiyalar və sosial şəbəkə mesajları ilə formalaşa bilər./Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Avqust 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri