Tramp sadəcə əsəblərlə oynayır, Rusiyadan reaksiya yoxdur
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna üçün ABŞ Prezidenti Donald Trampın emosional açıqlamaları deyil, onun atacağı praktiki addımlar önəmlidir.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Qrabski Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə qarşı ultimatum müddətinin azaldılmasını şərh edib.
“Bu cür emosional açıqlamalar əvvəllər də səslənib, indi də səslənir və gələcəkdə də səslənəcək. Bizim üçün vacib olan, bundan sonra hansı praktiki addımların atılacağıdır. Biz real dəyişiklikləri, Rusiyanın əsas sənaye sahələrinə qarşı sanksiyaların tətbiqini, qeyri-qanuni neft tədarükünü dayandırmaq üçün ABŞ donanmasının Baltik dənizinə yerləşdirilməsini, Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin bağlanmasını, rusiyalılara viza verilməsinin kəskin şəkildə məhdudlaşdırılmasını görəndə, o zaman deyilənlərin praktiki həyata keçirilməsindən danışmaq olar”, – ekspert bildirib.
O vurğulayıb ki, hazırda bu sadəcə əsəblərə oynamaqdır, çünki Rusiya tərəfindən hələlik heç bir praktiki reaksiya yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 30 İyul 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















