Tramp şatdaun nu dayandırmaq üçün qanun layihələri paketini imzaladı
Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı, ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən əvvəllər qəbul edilmiş qanun layihələri paketini imzalayaraq, özünün ikinci prezidentlik müddətində artıq ikinci "şatdauna" (hökumətin fəaliyyətinin dayandırılması) son qoydu. Beləliklə, Amerika Birləşmiş Ştatlarının federal hökumətinin yeni qismən fəaliyyətinin dayandırılması dörd gün davam etdi. Bu barədə Oxuməni.az “Reuters”ə istinadla xəbər verir.
Qanun müdafiə, səhiyyə, əmək, təhsil, mənzil tikintisi və digər idarələrin kəsilmiş maliyyələşdirilməsini bərpa edir, həmçinin ölkənin daxili təhlükəsizlik nazirliyinin maliyyələşdirilməsini fevralın 13-dək müvəqqəti uzadır.
Sənədlərin Tramp tərəfindən imzalanmasından bir neçə saat əvvəl Nümayəndələr Palatası səs çoxluğu ilə ABŞ Senatı tərəfindən əvvəllər qəbul edilmiş kompromis büdcəni təsdiqlədi. Büdcə layihəsinin lehinə 217 deputat, əleyhinə isə 214 deputat səs verdi. Büdcəyə, o cümlədən, Demokrat Partiyasından 20 siyasətçi səs verdi, lakin o qədər də respublikaçı əleyhinə səs verdi.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 04 Fevral 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















