Icma.az
close
up
RU
Tramp seçkidə Harrisi üstələdi Yenilənib

Tramp seçkidə Harrisi üstələdi Yenilənib

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ABŞ-də 60-cı prezident seçkiləri keçirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə üzrə ən sonuncu məntəqələr noyabrın 6-da Havay (Bakı vaxtı ilə 08:00) və Alyaskada (Bakı vaxtı ilə 10:00) bağlanacaq. 

Ölkənin 47-ci prezidenti olmaq uğrunda Demokratlar partiyasından namizəd, ölkənin hazırkı vitse-prezidenti Kamala Harrislə Respublikaçılar partiyasından namizəd, ABŞ-nin keçmiş Prezidenti Donald Tramp mübarizə aparır. 

***

Demokratların namizədi Kamala Harris seçkinin müqəddəratını həll edən əsas 7 ştatın 4-də minimal liderlik əldə etməyi bacarıb.

“Qafqazinfo” xəbər verir ki, “The Washington Post” ilkin səsvermə faizlərini açıqlayıb.

Qeyd edək ki, söhbət Nevada, Viskonsin, Miçiqan, Pensilvaniya ştatlarından gedir.

Arizona, Corciya və Şimali Karolina ştatlarında isə Respublikaçıların namizədi Donald Tramp rəqibini qabaqlayır.

***

“Exit poll”​ nəticələrinə görə:

Tramp Nevada, Pensilvaniya, Arizonada, Harris Viskonsin, Corciya, Miçiqan və Şimali Karolinada qalib gəlir.

***

ABŞ-də ilk seçki məntəqələri İndiana və Kentukki ştatlarında yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 03:00) bağlanıb.

“Associated Press”in məlumatına görə, Donald Tramp İndiana və Kentukkidə, Kamala Harris isə Vermont ştatında qalib gəlib.

***

Donald Tramp 57% səslə Corciya ştatında liderlik edir. Kamala Harris 42,6% səs toplayıb.

***

Kolumbiya və Pensilvaniya da daxil olmaqla bir sıra ştatlarda səsvermə məntəqələri bağlanıb.

***

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçici səslərinin sayına görə rəqibi Kamala Harrisi qabaqlayır.

Bu barədə “Associated Press”in məlumatında deyilir.

***

“Fox News” telekanalının məlumatına görə, Tramp ABŞ prezident seçkilərində qalib gəlmək üçün lazım olan 270 seçici səsinin yarıdan çoxunu toplayıb.

Telekanalın hesablamalarına görə, sabiq dövlət başçısı 196, rəqibi demokrat Kamala Harris isə 112 seçici səsi toplayıb.

***

Kamala Harrisin səsləri artmağa davam edir. Hazırda Harris 211 səs toplayaraq 232 səs toplayan Trampla arasındakı fərqi azaldıb.

***

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gəlmək üçün tələb olunan 270 seçici səsi həddini keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” yayıb. 

Belə ki, Tramp 277 seçicinin dəstəyini toplayıb. Bu isə Respublikaçıların faktiki qələbəsi sayılır.

















Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri