Tramp sentyabrın 28 də süni intellektlə bağlı açıqlama verəcək
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp sentyabrın 28-də Ağ Evdə süni intellektlə (Sİ) bağlı açıqlama verəcək.
APA xəbər verir ki, Tramp bu barədə İllinoys ştatının Çikaqo şəhərindən qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə bildirib.
Ağ Evin yaydığı iş qrafikinə əsasən, ABŞ Prezidenti Bakı vaxtı ilə saat 22:00-da açıqlama ilə çıxış edəcək.
Jurnalistlərin açıqlamanın nəyə həsr olunacağı ilə bağlı sualını cavablandıran Tramp “Anthropic” şirkəti ilə planlaşdırılan görüşə diqqət çəkib.
“Bildiyiniz kimi, çərşənbə axşamı ‘Anthropic’lə görüşümüz var. Bu, mühüm olacaq. Bu axşam isə ‘Anthropic’in rəhbəri Dario Amodei ilə şam edəcəyəm. ‘Anthropic’, bildiyiniz kimi, böyük nüfuza malik şirkətdir. Dario şirkətə rəhbərlik edir”, – deyə Tramp bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 28 Sentyabr 2026 07:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















