Tramp Si Cinpinə İranla bağlı hansı xəbərdarlığı etdi...
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinə İran məsələsinə müdaxilə etməməsini xahiş etdiyini açıqlayıb.
Moderator.az xəbər verir ki, ilk olaraq Amerikanın "NOTUS" nəşrinin yaydığı məlumata görə, Tramp bu barədə sentyabrın 4-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Si Cinpinə dedim ki, xahiş edirəm, İran məsələsinə qarışmayın”, – Tramp bildirib.
ABŞ lideri Çinin İran məsələsinə hazırda çox az müdaxilə etdiyini deyib. Onun sözlərinə görə, Pekin istəsə, bu məsələdə daha böyük rol oynaya bilər.
“Çin əslində bu məsələyə cəlb olunmayıb və çox az müdaxilə edir. Halbuki daha çox rol oynaya və müdaxilə edə bilərdi”, – Tramp qeyd edib.
Trampın sözlərinə görə, Çin İran neftinin əsas alıcılarından biridir. O, həmçinin Yaxın Şərqdə yeni neft kəmərlərinin inşa edildiyini və bunun Hörmüz boğazından asılılığı azaltmağa imkan verə biləcəyini bildirib.
Qeyd edək ki, Trampın açıqlaması Çin Prezidenti Si Cinpinin sentyabrın sonunda Vaşinqtona gözlənilən səfəri ərəfəsində səslənib. ABŞ və Çin arasında ticarət münasibətləri ilə yanaşı, Pekinin İranla iqtisadi və enerji əlaqələri də Vaşinqtonun diqqətindədir.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 05 Sentyabr 2026 08:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















