Icma.az
close
up
RU
Tramp Si Cinpinlə görüşdən sonra bu addımı atdı KONKRET

Tramp Si Cinpinlə görüşdən sonra bu addımı atdı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının lideri Si Cinpinlə cümə axşamı keçirilən görüş zamanı Rusiya neftinin tədarükü məsələsini müzakirə etməyib və bununla da Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi perspektivini şübhə altına alıb.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Tramp görüşdən sonra bildirib: “Əslində biz neft barədə danışmadıq. Biz bu müharibəni necə dayandıra biləcəyimiz üzərində birgə işləmək yollarını müzakirə etdik.”

Bloomberg qeyd edir ki, Vaşinqtonun Pekinə ciddi təzyiq göstərməməsi o deməkdir ki, Rusiya nefti hələ də Moskvanın hərbi səylərinin əsas maliyyə mənbəyi olaraq qalacaq. Bu, Trampın ötən həftə elan etdiyi ilkin sanksiyalara baxmayaraq belədir — həmin məhdudiyyətlər “Rosneft” və “Lukoil” şirkətlərini əhatə edib.

Sanksiya məsələləri üzrə ekspert, Obsidian Risk Advisors konsaltinq şirkətinin idarəedici partnyoru Brett Erikson bildirib ki, Trampın Si ilə söhbətində Rusiya neftinə toxunmaması ABŞ-ın sanksiya siyasətinin mahiyyətini zəiflədir:

“Əgər Tramp Moskva ilə sərt davranmaqdan danışıb, amma onun əsas iqtisadi dayağı olan Çinlə bu mövzunu qaldırmırsa, bu, sanksiyaları sadəcə formal addım halına gətirir.”

Analitiklər hesab edirlər ki, Tramp üçün prioritet indi sərt sanksiya siyasəti deyil, ABŞ-Çin münasibətlərini sabitləşdirmək və “dünyanın ikinci iqtisadiyyatı” ilə “mükəmməl” ticarət sazişi bağlamaqdır.

Qeyd olunur ki, Tramp əvvəllər Çin tərəfindən Rusiya neftinin alınması məsələsini Ukraynadakı müharibəni bitirmək cəhdləri çərçivəsində qaldırmaq niyyətində olduğunu bildirmişdi. Lakin ekspertlərin fikrincə, Pekinə qarşı real iqtisadi təzyiq göstərmək digər sazişləri də risk altına qoya bilərdi.

Bloomberg analitiki Kris Kennedinin sözlərinə görə, “qısa görüşdə bu qədər məsələ arasında Rusiya neftinin əsas mövzuya çevrilməməsi təəccüblü deyil. Çin bu istiqamətdə təzyiq görsəydi, cavab olaraq müxtəlif iqtisadi rıçaqlardan istifadə edə bilərdi.”

Məqalədə qeyd olunur ki, Çin Qərb sanksiyaları fonunda Rusiyanın enerji sektorunun əsas dayağına çevrilib. Rəsmi Pekin ABŞ-ın birtərəfli məhdudiyyətlərini tanımasa da, böyük Çin şirkətləri ikincil sanksiyalardan qorxaraq ABŞ maliyyə bazarlarına çıxış imkanlarını itirmək istəmir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri