Tramp söz verdi: Epşteynin ən yaxın silahdaşının əfv məsələsini nəzərdən keçirəcək
Icma.az, Oxu.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp mərhum Cefri Epşteynin silahdaşı Hisleyn Maksvellin əfv edilməsi məsələsini nəzərdən keçirməyə söz verib. O bunu ölkə jurnalistlərinin müvafiq sualına cavabında bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Metro" nəşri yazıb.
"Mən çoxdandır bu adı eşitməmişəm. Deyə bilərəm ki, məsələyə baxmalı idim... Ədliyyə Nazirliyi ilə bu barədə danışaram... Məndən əfv olunmasını xahiş edən adam çoxdur. Sözün düzü, onun da bunu istədiyini bilməmişəm", - deyə Ag Evin başçısı etiraf edib.
Sözügedən britaniyalı xanımın vəkilləri iddia edirdilər ki, Hisleyn Maksvel yetkinlik yaşına çatmayanların seksual zorakılığa cəlb edilməsinə görə mühakimə olunmamalı idi, lakin Ali Məhkəmə onun apellyasiya şikayətini rədd etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 07 Oktyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















