Icma.az
close
up
RU
Tramp Sülh mükafatını almaq üçün Nobel Komitəsinə təzyiq edir

Tramp Sülh mükafatını almaq üçün Nobel Komitəsinə təzyiq edir

Azpost saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatı uğrunda mübarizədə həddindən artıq irəli gedib, o Nobel Komitəsinə təzyiq göstərməyə cəhd edib.

AzPost bildirir ki, bu barədə Financial Times xəbər verir.

Nəşr Oslodakı Sülh Araşdırmaları İnstitutunun direktoru Nina Qregerdən sitat gətirib: “Tramp Nobel Komitəsinə təzyiq edir. O, “Mən bu mükafatı istəyirəm, çünki layiqli namizədəm” deyir. Bu, çox da sülhsevər yanaşma deyil”.

Məqalədə qeyd edilir ki, Tramp Norveç hökumətinə də təzyiq edib. Norveç rəsmiləri iddia edirlər ki, ABŞ prezidenti mükafatı ən azı bir telefon danışığında – Xəzinədarlıq rəhbəri və NATO-nun keçmiş baş katibi Yens Stoltenberqlə söhbətdə bunu qeyd edib.

“Bundan başqa, Oslo Trampın qalib gəlmədiyi təqdirdə tariflər və ya digər sanksiyalarla cavab verə biləcəyindən qorxur”, – məqalədə deyilir.

Bloomberg daha əvvəl bildirmişdi ki, ABŞ prezidentinin köməkçiləri Trampa Nobel Sülh Mükafatı vermək üçün aqressiv “pərdəarxası” kampaniya aparırlar. Xüsusilə də Trampın xüsusi nümayəndəsi Steven Witkoff və ABŞ dövlət katibi Marko Rubio bu kampaniya üçün lobbiçilik edirlər.

Qeyd edək ki, oktyabrın əvvəlində Tramp Nobel Sülh Mükafatını qazanmaq arzusunda olmadığını bildirmişdi. Bununla belə, ABŞ prezidenti əlavə edib ki, o, Hindistan və Pakistan ətrafında eskalasiya da daxil olmaqla, yeddi hərbi münaqişəni dayandırıb.

Nobel Sülh Mükafatının elan edilməsi mərasimi oktyabrın 10-na təyin edilib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azpost.info
archiveBu xəbər 08 Oktyabr 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri