Icma.az
close
up
RU
Tramp: “Sülh prosesi nəzarət altındadır, Putini yalnız mən dayandıra bilərəm”

Tramp: “Sülh prosesi nəzarət altındadır, Putini yalnız mən dayandıra bilərəm”

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında müharibənin daha da gərginləşməsinin qarşısını almaq üçün səylərin “nəzarət altında” olduğunu bildirib. Bloomberg yazır ki, o, bunu Outkick-ə müsahibəsində deyib.

Tramp vurğulayıb ki, onun Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə “yaxşı” münasibətləri döyüşlərə son qoymaq üçün danışıqların açarıdır.

"Bunu dayandıra bilmək çox gözəl olardı. Mən deyərdim ki, başqa heç kim edə bilməz. Heç kim. Sıfır", - Tramp deyib.

Martın 18-də telefon danışığı zamanı Putin deyib ki, o, ilk addım olaraq Ukraynanın enerji infrastrukturuna hücumları məhdudlaşdırmağa hazırdır, lakin ABŞ-ın təkid etdiyi kimi, tam atəşkəslə razılaşa bilməyib. Ertəsi gün Zelenski Trampla söhbəti zamanı enerji obyektlərinə zərbələrin qarşılıqlı dayandırılmasına razılaşıb.

Tramp qeyd edib ki, o, Putini “çox yaxşı” tanıyır.

"Mən prezident olanda Putin heç nəyi işğal etməyib. O, Krımı aldı, Buş prezident olanda da, Obama prezident olanda da Gürcüstanı aldı və hər şeyi almağa çalışır... Düşünürəm ki, dünyada məndən başqa onu dayandıra biləcək kimsə yoxdur və düşünürəm ki, ümid edirəm ki, mən onu dayandıra biləcəyəm", - Tramp deyib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski martın 24-də Səudiyyə Ərəbistanında ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşlərinin keçiriləcəyini açıqlamışdı: "Mən başa düşdüyüm kimi, struktur elədir ki, Ukrayna ilə Amerika, daha sonra Amerika ilə Rusiya arasında görüş olacaq. Yaxud bunlar bir ölkədə bir mövzuda paralel görüşlər olacaq".

Ukrayna Xarici İşlər Nazirliyi amerikalılarla yeni görüşün siyasi deyil, texniki xarakter daşıyacağını qeyd edib:

“Bu, bu gün danışıqlar masasında olan müxtəlif atəşkəs rejimləri ilə bağlı təkliflərin parametrlərinin müəyyən edilməli olduğu görüşdür”.

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Mart 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri