Icma.az
close
up
RU
Tramp sülhsevər obrazında: Kimləri barışdırıb?

Tramp sülhsevər obrazında: Kimləri barışdırıb?

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp hakimiyyətdə olduğu dövrdə bir sıra beynəlxalq münaqişələrin həllində mühüm vasitəçilik missiyası yerinə yetirib. Onun rəhbərliyi altında imzalanan sazişlər və diplomatik təşəbbüslər bir çox bölgələrdə uzunmüddətli gərginliklərə son qoyub.

Sfera.az Donald Trampın sülhə vəsilə olduğu gərginlikləri təqdim edir: 

Koreya yarımadasında tarixi görüşlər


2018-ci ilin iyununda Donald Tramp və Şimali Koreya lideri Kim Çen In Sinqapurda görüşərək nüvə proqramı və Koreya yarımadasında gərginliyin azaldılması barədə danışıqlar aparıblar. Bu, ABŞ və Şimali Koreya liderləri arasında tarixdə ilk birbaşa görüş olub. Daha sonra 2019-cu ildə Panmuncom sərhəd bölgəsində ikinci tarixi görüş baş tutub.

Yaxın Şərqdə “Abraham Sazişləri”


2020-ci ildə Tramp administrasiyası İsrail ilə bir sıra ərəb ölkələri – Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeş arasında diplomatik münasibətlərin normallaşdırılmasına nail olub. Bu sazişlər regionda illərlə davam edən düşmənçiliyin aradan qaldırılması baxımından tarixi addım kimi qiymətləndirilib.

Balkanlarda iqtisadi dialoq


2020-ci ilin sentyabrında Serbiya və Kosovo liderləri Vaşinqtonda iqtisadi əlaqələrin normallaşdırılması barədə razılıq əldə ediblər. Bu razılaşma tərəflər arasında gərgin münasibətlərin yumşalmasına töhfə verib.

Afrikada Ruanda–Konqo Demokratik Respublikası sülhü


İyun ayında ABŞ vasitəçiliyi ilə Ruanda və Konqo Demokratik Respublikası arasında silahlı toqquşmaların dayandırılması və iqtisadi əməkdaşlıq barədə prinsip razılaşması imzalanıb.

Qafqazda Ermənistan–Azərbaycan razılaşması


Vaşinqtonda keçirilən danışıqlarda Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizinin yaradılması və əməkdaşlıqla bağlı sülh deklarasiyası hazırlanıb.

Asiyada Kamboca–Tailand atəşkəsi


Sərhəd gərginliyi yaşayan Kamboca və Tayland ABŞ vasitəçiliyi ilə Malayziyada sülh sazişi imzalayıb. Bu təşəbbüsə görə Kamboca Baş naziri Donald Trampı Nobel Sülh Mükafatına namizəd irəli sürüb.

ABŞ rəhbərliyinin bu diplomatik uğurları Trampı qlobal sülh təşəbbüskarlarından biri kimi ön plana çıxarıb. Bu proseslərin davamlılığı isə tərəflərin razılaşmalara sadiqliyindən asılı olacaq.

Fidan Hacızadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sfera.az
archiveBu xəbər 08 Avqust 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri