Icma.az
close
up
RU
Tramp Suriyalı həmkarı ilə danışdı

Tramp Suriyalı həmkarı ilə danışdı

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

ABŞ-nin Prezidenti Donald Tramp Suriyanın keçid dövrü üzrə Prezidenti Əhməd əş-Şara ilə səmərəli telefon danışığı apardığını bəyan edib.

Redaktor.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp, Suriyadakı mövcud vəziyyətdən son dərəcə məmnun olduğunu bildirərək, bu söhbəti “mükəmməl” kimi xarakterizə edib. Ayova ştatına səfəri öncəsi danışan ABŞ lideri vurğulayıb ki, hazırda Suriya və həmin regionla bağlı bütün məsələlər çox yaxşı və uğurla irəliləyir.

Eyni zamanda, rəsmi Vaşinqtonun Suriya siyasətində kəskin dönüş müşahidə olunur. Belə ki, yanvarın 20-də ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak administrasiyanın artıq kürd koalisiyası olan "Suriya Demokratik Qüvvələri"ni (SDQ) İŞİD terror qruplaşmasına qarşı mübarizədə həlledici tərəf hesab etmədiyini açıqlayıb. Barrak həmçinin ABŞ-ın bu ölkədə uzunmüddətli hərbi mövcudluğunu qorumaq strategiyasından uzaqlaşdığını diqqətə çatdırıb.

Bu diplomatik gedişat fonunda yanvarın 18-də Əhməd əş-Şara kürd birləşmələri ilə yeni atəşkəs sazişini təsdiqləyib. Bu tarixi sənədə əsasən, ölkənin şimal-şərqində yerləşən Deyr əz-Zor və Rəqqə əyalətləri tamamilə keçid hökumətinin nəzarətinə verilir. Saziş çərçivəsində Həsəkə əyalətində kürdlər tərəfindən idarə olunan bütün mülki təsisatların Suriya dövlətinin tərkibinə qatılması, eyni zamanda bütün sərhəd-keçid məntəqələrinin və strateji neft-qaz yataqlarının mühafizəsinin Suriya ordusu tərəfindən təmin edilməsi qərara alınıb.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Yanvar 2026 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri