Icma.az
close
up
RU
Tramp tarixi qərarı açıqladı İranla sabah müqavilə imzalanacaq

Tramp tarixi qərarı açıqladı İranla sabah müqavilə imzalanacaq

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunmuş razılaşmanın sabah imzalanmasının planlaşdırıldığını və bunun ardınca Hörmüz boğazının tam açılacağını bildirib.

"Yeni Sabah" xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

ABŞ lideri keçmiş prezident Barak Obamanın İranla nüvə sazişini tənqid edərək, həmin sənədin Tehrana nüvə silahı əldə etmək üçün imkan yaratdığını iddia edib. pizza

Tramp bildirib ki, onun administrasiyasının əldə etdiyi yeni razılaşma İranın nüvə silahına malik olmamasını nəzərdə tutur.

“İran artıq nüvə silahı istəmir və onu əldə etmək üçün araşdırma, inkişaf və ya hər hansı satınalma fəaliyyəti də həyata keçirməyəcək”, - deyə o qeyd edib.

ABŞ prezidenti vurğulayıb ki, saziş imzalandıqdan dərhal sonra Hörmüz boğazı bütün gəmilər üçün açıq olacaq.

Tramp həmçinin bildirib ki, gələcəkdə vəziyyət sabitləşdikdən sonra ABŞ İranın dağlıq ərazilərində yerləşən və ABŞ zərbələri nəticəsində dağıdılmış nüvə obyektlərinin qalıqlarını araşdıracaq.

“İran və bütövlükdə Yaxın Şərqlə işləməyi səbirsizliklə gözləyirik”, - deyə Tramp əlavə edib.

ABŞ prezidenti qeyd edib ki, prosesin tez və problemsiz yekunlaşacağına ümid edir, lakin bunun baş verməyəcəyi halda Vaşinqtonun alternativ variantlarının da olduğunu vurğulayıb./APA


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 İyun 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri