Tramp Tayland və Kambocanın atəşkəs barədə razılığa gəldiyini açıqladı
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Tayland və Kamboca liderləri ilə iki ölkə arasında davam edən münaqişə ilə bağlı müzakirələrdən sonra hər iki tərəfin atəşkəs barədə razılığa gəldiyini bildirib.
Turkustan.az xəbər verir ki, Truth Social vasitəsilə yayımlanan yazılı açıqlamada Tramp Taylandın Baş naziri Anutin Çarnvirakul və Kambocanın Baş naziri Hun Manet ilə "uzun müddətdir davam edən müharibələrin yenidən alovlanması" ilə bağlı çox məhsuldar görüş keçirdiyini bildirib.
ABŞ prezidenti bildirib ki, "Onlar Malayziyanın Baş naziri Ənvər İbrahimin köməyi ilə bu axşamdan etibarən atəşkəs elan etmək və mənimlə onlar arasında bağlanmış ilkin sülh razılaşmasına qayıtmaq barədə razılığa gəliblər".
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 13 Dekabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















