Tramp təhdidlərdən sonra Kolumbiya prezidentini Ağ Evə dəvət etdi
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petranı Ağ Evə dəvət edib. Bu addım Trampın bir neçə gün əvvəl Petranı kokain qaçaqmalçılığında ittiham etməsindən və Kolumbiyaya qarşı hərbi tədbirlərlə hədələməsindən sonra atılıb.
AzPost xəbər verir ki, gözlənilməz yumşalma çərşənbə günü iki lider arasında baş tutan təxminən bir saatlıq telefon danışığından sonra baş verib. Trampın sözlərinə görə, söhbət zamanı tərəflər “narkotiklərin vəziyyəti” və “aralarındakı digər fikir ayrılıqları”nı müzakirə ediblər.
Bu, Trampın Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən Karakasda keçirilən əməliyyat nəticəsində qaçırılmasından sonra Kolumbiyada hərbi əməliyyatla hədələməsindən sonra iki lider arasında ilk telefon danışığı olub. Həmin təhdidlər Petranı Kolumbiya vətəndaşlarını ölkənin suverenliyini müdafiə etmək üçün küçələrə çıxmağa çağırmağa vadar etmişdi.
Donald Tramp “Truth Social” platformasında yazıb ki, Kolumbiya prezidenti Qustavo Petro onunla əlaqə saxlayaraq narkotiklərlə bağlı vəziyyəti və aralarındakı digər fikir ayrılıqlarını izah edib. ABŞ prezidenti bu zəngi və Petranın danışıq tonunu yüksək qiymətləndirdiyini bildirib və yaxın gələcəkdə onunla görüşməyi səbirsizliklə gözlədiyini vurğulayıb.
Tramp əlavə edib ki, Vaşinqtonda keçiriləcək görüşlə bağlı artıq hazırlıqlar görülür, lakin konkret tarix açıqlanmayıb.
Kolumbiyanın ilk solçu prezidenti olan Qustavo Petro isə Tramp ilə telefon danışığından sonra Boqotanın Bolivar meydanında keçirilən və onun çağırışına cavab olaraq təşkil olunan etiraz aksiyasında çıxış edib. O bildirib ki, hazırda tərəflər arasında gərginliyin azalması prosesi gedir və o, son anda çıxışının mətnini dəyişməli olub.
“Əgər danışmasaq, müharibə olar. Kolumbiyanın tarixi bizə bunu öyrədib”, – deyə keçmiş üsyançı döyüşçü olan Petro bildirib.
Onun sözlərinə görə, baş verənlər dialoqun bərpası ilə nəticələnib: “Biz ilk dəfə yenidən əlaqə yaratdıq. Mən iki məsələni qaldırdım: Venesuela və narkotik qaçaqmalçılığı. Trampa narkotiklərlə mübarizə sahəsində gördüyümüz işlərlə bağlı rəqəmləri təqdim etdim.”
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 08 Yanvar 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















