Tramp: “Tək ya iki dövlət fərq etmir biz Qəzzanı bərpa etməliyik”
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Şarm əl-Şeyxdə keçirilən Sülh Sammitindən geri qayıdarkən təyyarəsində jurnalistlərin suallarını cavablandırıb və Qəzza ilə bağlı mövqeyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Qəzza idarəçiliyinin gələcəyinə dair sual veriləndə Tramp “Çoxları tək dövlətli həll istəyir, bəziləri isə iki dövlətli həll tərəfdarıdır” deyib. O, əlavə edib: “Mən bir dövlətdən, iki ştatdan və ya iki dövlətdən danışmıram. Biz Qəzzanın yenidən qurulmasından danışıırıq.”
Fələstin məsələsində ərəb ölkələri ilə fikir ayrılıqlarını necə həll edəcəyi barədə suala Tramp belə cavab verib: “Nəyin doğru olduğuna qərar verəcəyəm, amma digər dövlətlərlə koordinasiya edəcəyəm.”
Tramp həmçinin Yaxın Şərqdə dərhal sülh elan etməyin tez olduğunu deməklə bağlı fikirləri rədd edərək bildirib: “Daha çox insanın ölməsini istəyirsiniz? Qoy onlar bir neçə il daha döyüşsünlər və binalar insanların üzərinə yıxılsın? Biz bunu düzgün etdik — vaxtın məqbul olduğunu düşünürəm.”
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 14 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















