Tramp təsdiqlədi: Nə məvacib, nə də pensiya Bir sent də götürməyəcək
Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
Donald Tramp bildirib ki, ikinci prezidentlik müddətində dövlət başçısına görə bütün maddi nemətlərdən imtina etmək niyyətindədir.
Publika.az xəbər verir ki, Tramp NBC telekanalına verdiyi müsahibədə prezidentlik maaşını - ildə 400 min dolları almayacağını və ömürlük pensiyasından da imtina edəcəyini bildirib.
“Bir sent də qəbul etməyəcəyəm. Bu, mənim dövlət xərclərinin azaldılmasına töhfəmdir”, - deyə Tramp vurğulayıb.
Tramp deyib ki, o, işinə görə maaş almayan ilk ABŞ prezidenti ola bilər, bəlkə də Corc Vaşinqtondan sonra.
İlk səlahiyyət müddətində də Tramp prezident maaşından imtina edərək, vəsaitləri xeyriyyəçilik və müxtəlif proqramlara, o cümlədən milli parkların qorunmasına yönəldirdi.
Tramp ABŞ-ın ən zəngin adamlarından biridir. “Forbes”in məlumatına görə, onun sərvəti 2,3 milyard dollar qiymətləndirilir.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 11 Dekabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















