Tramp “Tesla hücumları”nda iştirak edənlərə 20 il həbs verəcək
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp bildirib ki, baş məsləhətçisi İlon Maskın baş direktoru olduğu ölkədəki Tesla dilerlərinə hücum edənləri 20 ilə qədər həbs cəzası gözləyir.
Turkustan.az xəbər verir ki, Tramp “Truth” sosial media hesabından son həftələrdə ölkə daxilində Tesla dilerlərinə qarşı atılan addımlarla bağlı açıqlama verib.
Tramp etirazçıları və hücumları maliyyələşdirənləri hədəf alaraq, "Teslasa təxribat törədən hər kəsi, o cümlədən hücumları maliyyələşdirən şəxsləri 20 ilə qədər həbs cəzası gözləyir. Biz sizi izləyirik"-deyə, bildirib.
Bildirək ki, ABŞ mediasının məlumatına görə, şirkətin baş icraçı direktoru (CEO) İlon Maskın prezident Donald Trampla işinə cavab olaraq, son həftələr ölkə daxilində çoxsaylı Tesla avtomobilləri, dilerləri və enerji doldurma məntəqələri vandalizmə məruz qalıb.
Keçən həftə Tramp şirkətə dəstəyini göstərmək üçün Ağ Evin girişində park edilmiş Teslanın qarşısında Maskla şəkil çəkdirmişdi.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 21 Mart 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















