Tramp təzyiqi artırır: 6 ölkəyə rüsum tətbiq olunacaq
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən Əlcəzair, Liviya və İraqdan idxal olunan bütün mallara 30 faizlik rüsum tətbiq ediləcəyini bəyan edib. Yeni tariflər Filippin, Bruney və Moldova kimi ölkələrə də şamil olunacaq.
Bakupost.az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
O deyib ki, əgər bu ölkələrin şirkətləri ABŞ-da istehsal açmağa razı olsalar, tətbiq olunan rüsumlar ləğv edilə bilər.
Qeyd edək ki, Tramp daha əvvəl Yaponiya və Cənubi Koreyadan gətirilən bütün məhsullara 25 faizlik rüsum tətbiq etdiyini açıqlamışdı. O bildirib ki, bu qərar tarif və qeyri-tarif maneələr səbəbindən yaranmış ticarət balanssızlığına qarşı atılıb.
İqtisadçılar hesab edir ki, yeni tariflər xüsusilə ixracdan asılı olan və artıq iqtisadi yavaşlama ilə üzləşən Yaponiya və Cənubi Koreyaya ciddi təsir göstərə bilər. Yaponiyanın ardıcıl iki rübdə texniki tənəzzülə düşməsi ehtimalı yüksək qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 09 İyul 2025 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















