Tramp TikTok un satın alınması üçün mümkün partnyorları açıqlayıb
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Tramp "TikTok"un satın alınması üçün mümkün partnyorları açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bazar günü televiziya proqramında çıxışı zamanı bildirib ki, Amerikalı məlumatlar bazası proqram təminatı şirkəti “Oracle”ın qurucusu və baş direktoru (CEO) Larri Ellison, kompüter avadanlığı və texnoloji infrastruktur istehsalçısı “Dell”in qurucusu və CEO-su Maykl Dell, həmçinin media qrupu “News Corp”un qurucusu və fəxri İdarə Heyəti sədri Rupert Merdok və idarəni təhvil alan oğlu Laklan Merdok “TikTok”un idarəsini ələ alması planlaşdırılan konsorsiumda yer alacaqlar.
ABŞ Prezidenti belə deyib: “Onlar tanınmış şəxslərdir. Larri Ellison onlardan biridir, o da qoşulacaq. Əla insandır. Maykl Dell də olacaq. Əslində sizə demək istəmirdim, amma Laklan adlı biri də var. Rupert Merdok da yəqin ki, qrupda olacaq.”
Ağ Evin sözçüsü Karolin Leavitt isə açıqlamasında bildirib ki, Amerikalı istifadəçilərin məlumatlarının təhlükəsizliyini “Oracle”ın rəhbərlik edəcəyi 7 nəfərlik bir şura təmin edəcək, bu şuranın 6 üzvü amerikalı olacaq. Leavitt həmçinin platformanın alqoritminin də ABŞ-ın nəzarətində olacağını qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 22 Sentyabr 2025 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















