Icma.az
close
up
RU
Tramp TikTokun sahibinə daha 75 gün vaxt verdi Ya satmalısan, ya da...

Tramp TikTokun sahibinə daha 75 gün vaxt verdi Ya satmalısan, ya da...

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp cümə günü Çin texnoloji şirkəti “ByteDance” şirkətinin məşhur TikTok tətbiqini ABŞ-dəki aktivlərini qeyri-çinli alıcıya satmaq üçün son müddəti 75 gün uzadıb. Əks halda, yanvar ayından qüvvəyə minməli olan qanuna görə, bu sosial şəbəkə ABŞ-də fəaliyyət qadağası ilə üzləşəcək.

Xatırladaq ki, 2024-cü ilin yazında ABŞ Konqresinin Nümayəndələr Palatası TikTok sosial şəbəkəsinin Amerika bölməsinin sahibi olan Çinin “ByteDance” şirkətindən ayrılmadığı təqdirdə, onun ABŞ-də istifadəsini qadağan edən qanunu təsdiqləyib. Qanunvericilər Çin hökumətinin TikTok-dan amerikalılara casusluq etmək və gizli təsir əməliyyatları aparmaq üçün istifadə edə biləcəyini düşünürlər. İki partiyanın böyük dəstəyi ilə qəbul edilən qanun o zamankı Prezident Co Bayden tərəfindən imzalanıb.

ABŞ-də TikTok qadağası 2025-ci il yanvarın 19-da qüvvəyə minməli idi, lakin Tramp tərəfindən andiçmə mərasimindən dərhal sonra aprelin 5-dək uzadıldı.

Tramp cümə günü administrasiyasının TikTok-la mümkün sövdələşmə ilə bağlı dörd fərqli şirkətlə əlaqə saxladığını açıqlayıb. O, bu şirkətlərin hansılar olduğunu açıqlamayıb. Tramp sosial mediada TikTok-un ABŞ-dəki fəaliyyətini uzatmaq qərarını izah edərək, deyib: “Bütün zəruri sazişlərin imzalanmasını təmin etmək üçün daha çox vaxta ehtiyacı var”.

“ByteDance” şirkəti ABŞ səlahiyyətliləri ilə danışıqlar apardığını təsdiqləyib, lakin bəzi "əsas məsələlərin" həll olunmamış qaldığını açıqlayıb. Bundan əlavə, saziş ABŞ Prezidentinin tarif siyasətindən narazı olan və cavab tədbirləri görən Çin hökuməti tərəfindən təsdiqlənməlidir.

Tramp, TikTok-un Çinlə daha geniş sövdələşmənin bir hissəsi ola biləcəyi ehtimalına işarə edib, ehtimal ki, bu, idxal tariflərinin aşağı salınması müqabilində irəli sürülən təklifdir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Aprel 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri